Bakı-Naxçıvan reysini həyata keçirən təyyarə kondisioner sistemində nasazlıq səbəbi ilə plandankənar eniş edib » devlet.info.az
Xəbərlər



Bakı-Naxçıvan reysini həyata keçirən təyyarə kondisioner sistemində nasazlıq səbəbi ilə plandankənar eniş edib
Bakı-Naxçıvan reysini həyata keçirən təyyarə kondisioner sistemində nasazlıq səbəbi ilə plandankənar eniş edib

Saat 07:22-də Bakıdan Naxçıvana uçuş edən "Azərbaycan Hava Yolları"na məxsus Airbus A319 təyyarəsinin kapitanı Bakı hava limanına qayıdaraq eniş etməyi xahiş edib.

AZAL-dan verilən məlumata görə, təyyarənin plandankənar enməsinə texniki nasazlıq (kondisioner sistemində problem) səbəb olub.

Bakı vaxtı ilə saat 08:01-də təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurlu eniş edib.
Hava gəmisinin göyərtəsində 122 sərnişin olub. Onlar Naxçıvan şəhərinə digər təyyarə ilə göndəriləcəkdir.
Baxış sayı: 10