Sabiq MTN generalı və 7 nəfərlik dəstənin cinayət işi məhkəməyə göndərildi » devlet.info.az
Xəbərlər



Sabiq MTN generalı və 7 nəfərlik dəstənin cinayət işi məhkəməyə göndərildi
Sabiq MTN generalı və 7 nəfərlik dəstənin cinayət işi məhkəməyə göndərildi

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi general Nizami Şirinov və qurumun digər 7 əməkdaşının cinayət işinin istintaqı başa çatıb.

Cinayət işi baxılmaq üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. Prosesə hakim Camal Ramazanov sədrlik edəcək.

Məhkəmə prosesinin vaxtı hələ müəyyən edilməyib.

Xatırladaq ki, iş üzrə iş üzrə general Nizami Şirinovla birlikdə Elman Tahirov, Nadir Nəzirov, Elcan Abdullayev, Emin Abbasov, Rahib Ağayev Vüqar Ağayev, və Mirzəli Yusifov təqsirləndirilir.

İttihama görə, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi general Nizami Şirinov həmin vəzifədə çalışdığı müddətdə qeyd edilən qurumun tərkibində olan idarələrin rəisləri işləmiş Elcan Abdullayev və Elman Tahirov, əməliyyat müvəkkili işləmiş Nadir Nəzirov ilə mütəşəkkil dəstə tərkibində zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının şəxsiyyətləri üzərində zor göstərilməsi, haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini ələ keçirməsinə, xidməti vəzifəsinin icrası ilə əlaqədar qanunsuz hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində külli miqdarda rüşvəti hədə-qorxu tətbiq etməklə almasına, həmçinin cinayət yolu ilə əldə edilmiş külli miqdarda əmlakın leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Nizami Şirinova Cinayət Məcəlləsinin 182.3.2 (ağırlaşdırıcı hallarda hədə qorxu ilə tələb etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 311.3.4 (ağırlaşdırıcı hallarda rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Elcan Abdullayev, Elman Tahirov və Nadir Nəzirov həmin Məcəllənin 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Baxış sayı: 6