Suraxanıda ali məktəblərə qəbul olan məzunlarla görüş keçirildi » devlet.info.az
Xəbərlər



Suraxanıda ali məktəblərə qəbul olan məzunlarla görüş keçirildi
Suraxanıda ali məktəblərə qəbul olan məzunlarla görüş keçirildi

Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dövlət İmtahan Mərkəzinin keçirdiyi ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərərək ali məktəblərə qəbul olunmuş rayon məktəblərinin məzunları ilə görüş keçirilib.

Görüşdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHB-nin müavinləri, şöbə müdirləri, məktəb direktorları, ali məktəblərə qəbul imtahanında yüksək nəticə göstərən rayon məzunları və valideynlər iştirak ediblər.

İlk öncə Ulu Öndərin Heydər Əliyev parkında ucalan abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb və Dövlət Himninin səsləndirilməsi ilə tədbir açıq elan edilib.

Suraxanı Rayon Heydər Əliyev Parkında keçirilən görüşdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tədbiri giriş sözü ilə açıb və Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canından keçərək şəhid olmuş vətən övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Əziz Əzizov qeyd edib ki, təhsilə göstərilən dövlət qayğısının nəticəsi olaraq, bu il də rayon məzunları Dövlət İmtahan Mərkəzinin keçirdiyi ali məktəblərə qəbul imtahanlarında yaxşı nəticə göstəriblər. 2020-2021-ci tədris ilində 2067 nəfər məzun olub. Onlardan 47 nəfəri 600-dən yuxarı, o cümlədən 8 nəfəri 650-dən yuxarı bal toplayıb. 62 məzun məktəbi fərqlənmə attestatı ilə bitirib. Respublika üzrə “Qızıl nişana” layiq görülmüş 21 nəfər şagirddən 2-si Suraxanı rayonu V.Mirzəliyev adına 281 nömrəli tam orta məktəbin məzunlarıdır.

Tədbirin sonunda Suraxanı rayonu üzrə ən yüksək nəticə əldə etmiş 47 məzun və təhsildə xüsusi fərqlənmiş 3 şagird Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunub, qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Baxış sayı: 18