30 məktəbə yeni direktor təyin olundu » devlet.info.az
Xəbərlər



30 məktəbə yeni direktor təyin olundu
30 məktəbə yeni direktor təyin olundu

Məktəb direktoru vəzifəsinə işə qəbul üzrə müsahibələrin ilkin mərhələsində imtahan nəticəsi 36 baldan çox olan 132 namizəd iştirak edib.

Təhsil Nazirliyindən verilən xəbərə görə, müsahibə mərhələsində 30 namizəd uğur qazanıb və onlarla adaptasiya proqramı həyata keçirilib.

Proqram başa çatdıqdan sonra həmin şəxslərlə əmək münasibətləri rəsmiləşdirilib və direktor vəzifəsinə işə qəbul olunublar.

Qeyd edək ki, tezliklə məktəb direktoru vəzifəsinə işə qəbul üzrə müsahibələrin ikinci mərhələsi həyata keçiriləcək. İkinci mərhələyə imtahan nəticəsi 36 baldan daha çox olan namizədlər dəvət olunacaq.
Baxış sayı: 6