Bakı Zooloji Parkına biletlər neçəyə olacaq? - RƏSMİ AÇIQLAMA ( » devlet.info.az
Xəbərlər



Bakı Zooloji Parkına biletlər neçəyə olacaq? - RƏSMİ AÇIQLAMA (
Bakı Zooloji Parkına biletlər neçəyə olacaq? - RƏSMİ AÇIQLAMA (

Yenidənqurmadan sonra açılışı olan Bakı Zooloji Parkına giriş biletlərinin qiyməti açıqlanıb.

Bakı Zooloji Parkının icraçı direktoru Nəzakət İsayeva açıqlamasında bildirib ki, biletin qiyməti böyüklər üçün 5 manat, uşaqlar üçün isə 2 manat olacaq: "Üç yaşa qədər uşaqlar və şəhid ailələri üçün isə bilet pulsuz olacaq. Saat 10.00-dan 17.30-a qədər kassalar fəaliyyət göstərəcək və eyni zamanda onlayn formada da bilet satışı həyata keçiriləcək".

Qeyd edək ki, Bakı Zooloji Parkı IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yenidən qurulub.

Yenidənqurmadan sonra Zooloji Parkın kompleksi ziyarətçilər üçün rahat və maraqlı məkana çevrilib, ümumi ərazisi demək olar ki, iki dəfə artırılaraq 4.25 hektara çatdırılıb.

Hazırda zooparkdakı heyvan növlərinin ümumi sayı 125, “Qırmızı kitab”a düşən növlərin sayı isə 22-dir.
Baxış sayı: 5