Təəssüflər olsun ki, saxta COVİD pasportu alanlar var - Nazir müavini » devlet.info.az
Xəbərlər



Təəssüflər olsun ki, saxta COVİD pasportu alanlar var - Nazir müavini
Təəssüflər olsun ki, saxta COVİD pasportu alanlar var - Nazir müavini

Təəssüflər olsun ki, saxta COVİD pasportu alanlar var və tibb işçiləri arasında da bunu edənlər mövcuddur.
Bunu səhiyyə nazirinin müavini Viktor Qasımov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, tibb işçilərini də bu işə vadar edən insanlarımızdır: “Deməli, biz işimizi ikitərəfli aparmalıyıq. Həm tibb işçilərinin məsuliyyətini artırmalıyıq ki, bu yola getməsinlər, eyni zamanda, əhalidən də xahiş edək ki, bu yola əl atmasınlar. Hər bir vətəndaşın sağlamlığı naminə bu işlə mübarizə aparmalıyıq”.
Baxış sayı: 5