Göyçayda "Vətən müharibəsi zamanı mətbuatımız" adlı dəyirmi masa keçirilib » devlet.info.az
Xəbərlər



Göyçayda "Vətən müharibəsi zamanı mətbuatımız" adlı dəyirmi masa keçirilib
Göyçayda "Vətən müharibəsi zamanı mətbuatımız" adlı dəyirmi masa keçirilib
Göyçayda "Vətən müharibəsi zamanı mətbuatımız" adlı dəyirmi masa keçirilib

Göyçay rayonunda "Vətən müharibəsi zamanı mətbuatımız" adlı dəyirmi masa keçirilib. Tədbirdə "Göyçay" qəzeti, Göyçay informasiya agentliyi, NarTv in baş redaktoru, hüquqşünas-jurnalist Anar Nağıyev, Aqıl Kəngərli- Prezdent təqaüdçüsü, Göyçay şəhər 7 saylı tam orta məktəbin direktor müavini, şair, publisist və tarixçi, AYB, AJB üzvü, 12 kitab müəllifi, Əməkdar müəllim, Prezident Təqaüdçüsü Pərviz Yəhyalı, Eldəniz Rüstəmov -Şəhid ailələrinə Qayğı cəmiyyətinin Göyçay şöbəsinin sədri, Şəhid ataları Əlisa Nuriyev, İlyas Nadirov, Qarabaq müharibəsi iştirakçısı, Göyçay şəhər 4 saylı tam orta məktəbin hərbi hazırlıq müəllimi, əslən Şuşalı olan Bayram Vəliyev, Heydər Əliyev Mərkəzinin əməkdaşı Aytən Zeynalova, Göyçay Kariyera İnkişaf Mərkəzinin direktoru Coşqun İsmayılov, Aran regional kordinatorluğunun Göyçay KOB dostu Rahim Məmmədov, Bayraq muzeyinin direktoru Aqil İbrahimov, Göyçay informasiya agentliyi, NarTv in redaktoru Gülşən Muradova və digər gənclər, muzeyin əməkdaşları iştirak ediblər. Əvəlcə Heydər Əliyev mərkəzinin foesində "Şəhidləimizi tanıyaq" adlı aksiyada iştirak ediblər.
Qeyd edək ki, Göyçay rayonun Vətən müharibəsi zamanı 46 şəhidinin fotoları nümayiş etdirilib. Rayon mətbuatında dərc olunan yazılar, nəşir olunan kitablar sərgidə sərgilənir. Tədbir iştirakçılarına Şəhidlər haqqında qısa məlumat verildi.
Göyçayda "Vətən müharibəsi zamanı mətbuatımız" adlı dəyirmi masa keçirilib

Heydər Əliyev mərkəzinin akt zalında davam edən tədbirdə Şəhidlərimiz bir dəqiqəlik sükutla yad olundu. "Göyçay" qəzeti və Göyçay informasiya agentliyi, Nartv in baş redaktoru Anar Nağıyev çıxışında Ermənistanın sentyabrın 27-də növbəti hərbi təxribatından sonra Azərbaycan Ordusunun 44 gün davam edən əks-hücum əməliyyatı noyabrın 10-da ta­rixi qələbəmizlə başa çatdığını, Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanan birgə bəyanatla Silahlı Qüvvələrimizin hərbi cəbhədəki möhtəşəm qələbəsi diplomatik sahədə də rəsmiləşdirildiyini qeyd etdi. Beləliklə, xalqımızın 30 il çəkən torpaq həsrətinə son qoydu, ədalət bərpa edildiyini, eyni zamanda, Prezident, Ali Baş Komandan İlham Əliyev qalib sərkərdə, Azərbaycan Silahlı Qüvvələri güclü ordu, xalqımız isə böyük, məğrur, yenilməz olduğunu bir daha təsdiqləndiyini, ikinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsində dövlətimizin baş­çısının da dəfələrlə vurğuladığı kimi, bizim birlikdə güclü olmağımız önəmli rol oynadığını diqqətə çatırırıldı. A. Nağıyev Xalq–Prezident–Ordu vəhdəti ərazi bütövlüyümüzün bərpasında, torpaqla­rımızın işğaldan azad edilməsində mühüm əhəmiyyət daşıdığını, şübhəsiz ki, dövlət başçımızın ölkəmizə rəhbərlik etdiyi 17 il ərzində cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan bu qələbəyə, necə deyərlər, addım-ad­dım yaxınlaşırdığını, münaqişənin davam etdiyi illərdə cənab Prezident çox böyük uzaqgörənlik və təmkinlə həm diplomatik, həm də ordu quruculuğunda təxirəsalınmaz tədbirlər reallaşdırırdığını, İştirakçısı olduğu ən yüksək beynəlxalq mərasimlərin tribuna­larından Qarabağ həqiqətlərini dünyaya bəyan edir, aparıcı dövlətlərin rəhbərlərinin diqqətinə bu bölgənin ölkəmizin əzəli torpağı olduğunu və işğaldan azad edilməsinin labüdlüyünü çatdırırdığını bildirdi. Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksəldilməsi, ən müasir hərbi texnika ilə təchizatının təmin edilməsi üçün səylər göstərdi. Müharibənin davam et­diyi günlərdə dövlət başçısı xarici ölkələrin nüfuzlu kütləvi informasiya vasitələrinə, telekanallarına verdiyi müsahibələri ilə də respublikamızın haqq səsini dünya ictimaiyyətinə tutarlı arqumentlərlə çatdırdı, həmçinin Azərbaycanın beynəlxalq hü­ququn tələblərinə uyğun öz torpaqlarında savaş apardığını sübut etməklə ermənipərəst xarici dairələrin döyüşlərin gedişinə müdaxilələrinin qarşısını böyük məharətlə aldığını qeyd edən A. Nağyev hərbi əməliyyatların aparılmasında Ali Baş Komandan İlham Əliyevin müntəzəm olaraq çatdırdığı qələbə xəbərləri, işğaldan azad olunan yaşayış məntəqələri, düşmənin məhv edilən canlı qüvvəsi və hərbi texni­kası barədə məlumatları ölkəmizin hər bir vətəndaşında qürur, fərəh hissi doğururdu, xalqın dövlətimizin başçısına, rəşadətli ordumuza inamını gücləndirirdiyini diqqətə çatırdı. Erməni hərbi birləşmələri üzərində qazanılan tarixi qələbədən sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilən ərazilərə – Füzuli və Cəbrayıl rayonlarına ilk səfəri də dövlətimizin başçısının sevinc hisslərini, ilk növbədə, xalqla bölüşmək arzusundan irəli gəlir. Onun həmin bölgələrdə yaşayan əhali tərəfindən böyük coşqu və izdiham­la qarşılanması isə xalqın öz liderinə, müzəffər sərkərdəsinə bəslədiyi ehtiramın təzahürü olduğunu vurğulayan baş redaktor ölkə rəhbəri Füzuli, Cəbrayıl və Ağdam rayonlarına tarixi səfər etməklə “Qarabağ Azərbaycandır və nida” ifadəsinin müəllifi kimi bir daha xalqa verdiyi bütün vədlərə sadiqliyini nümayiş etdirdiyini qeyd etdi. Siyasətdə, diplomatiyada və hərbi strategiya­da dövlət başçısının adı bu zəfərin müəllifi kimi tarixə əbədi yazıldı. Prezident İlham Əliyevin Füzuli və Cəbrayıl rayonlarına səfər zamanı Şuşa şəhərinə yolun çəkilişinə başlanılması mühüm tarixi hadisə idi. Dövlətimizin başçısı çıxışında bununla bağlı dedi: “Məhz Şuşa işğaldan azad olunandan sonra artıq düşmən dərk etdi ki, bundan sonra bizə qarşı müqavimət göstərmək heç bir əhəmiyyət kəsb etməyəcək. Şuşa işğaldan azad olunandan bir gün sonra qəhrəman Azərbaycan Ordusu daha 70-dən çox yaşayış məntəqəsini işğalçılardan azad edib və əslində, bu, düşmənə vurulan son zərbə idi. Təsadüfi deyil ki, noyabrın 10-da düşmən faktiki olaraq kapitulyasi­ya aktını imzalamışdır. Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi, Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaqdır. Çünki bu əməliyyatı yalnız yüngül silahlarla silahlanmış bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək icra ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı Qələbəmizdir”. A. Nağıyev Füzuli–Şuşa yolunun inşasına başlanıl­ması, eyni zamanda, Azərbaycan xalqının və Azərbaycan Prezidentinin yaradıcı ruhunun parlaq təzahürü olduğunu otuz il ərzində bu torpaqları işğal altında saxlayan düşmən həmin ərazilərdə nəinki daşı daş üstə qo­yub, əksinə, evləri, infrastrukturu dağıdıb, yeraltı və yerüstü sərvətləri talan edildiyini, bir sözlə, bir vaxtlar həyat qaynayan Füzuli və Cəbrayıl rayonlarında, eləcə də digər yaşa­yış sahələrində dədə-baba torpaqlarından qovulan azərbaycanlıların ev-eşikləri erməni vandalları tərəfindən yerlə-yeksan olunub. Bəli, bu, erməni xislətinin mahiyyətini, vandallığını, vəhşiliyini göstərildiyini bildirdi.
Göyçayda "Vətən müharibəsi zamanı mətbuatımız" adlı dəyirmi masa keçirilib

Dövlətimizin başçısı xalqa hər müraciətində haqqa, ədalətə söykənərək işğal altındakı bütün torpaqlarımızın tezliklə azad ediləcəyini, üçrəngli bayrağımızın bu ərazilərimizdə dalğalanacağını böyük inam­la, əminliklə bildirirdi. Yağı tapdağından qurtulan yurd yerlərimizin xilası ilə bağlı qələbə müjdələri ulu öndər Heydər Əliyevin siyasi kursunu son 17 ildə bütün sahələrdə uğurla reallaşdıran Prezident İlham Əliyevin ata vəsiyyətini yüksək səviyyədə yerinə yetirdiyinin təsdiqinə çevrilirdi. Ali Baş Ko­mandan Qarabağın tacı, incisi olan Şuşanın işğaldan azad edilməsi xəbərini isə Şəhidlər xiyabanından xalqa çatdırarkən bu fikri xü­susi vurğuladı: “Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”.
Bu müharibə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrik və uzaqgörən siyasətçi olmaqla yanaşı, həm də mahir sərkərdəlik bacarığını, çətin, ağır şəraitdə düzgün qərar vermək istedadını bir daha bütün dünyaya nümayişi etdirdi. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin birgə bəyanat imzaladıqları gün dövlətimizin başçısı xalqa müraciətində məhz bu məsələni xüsusi vurğulayaraq, bildirdi ki, “biz döyüş meyda­nında, siyasi müstəvidə, istənilən formatda gücümüzü göstərmişik, müstəqilliyimizi göstərmişik. Gün gələcək müharibə döv­rünün ictimaiyyətə çatdırıla biləcək bəzi məqamları yəqin ki, açıqlanacaq. Ola bilsin ki, mən də hansısa məsələnin üstündən o pərdəni götürə bilərəm. Onda hər kəs görəcək ki, biz nə qədər böyük sınaqlardan çıxdıq, nə qədər böyük təzyiqlərə məruz qaldıq. Demək olar ki, gündəlik rejimdə, dayanın, dayanın, dayanın, dayanın. Amma biz qabağa getdik. Çünki mən xalqın dəstəyini hiss edirdim, xalqın inamını görürdüm. Məni heç nə dayandıra bilməzdi. Çünki mən bilirdim ki, biz haqlıyıq. Biz öz ərazi bütövlüyümüzü bərpa edirik, öz torpaqlarımızı qaytarırıq”. Bəli, cənab Pre­zidentin bəyan etdiyi kimi, doğrudan da, bu müharibədə qələbəmizin əsasında möhtərəm dövlət başçımızın qətiyyəti, müdrik siyasəti, Silahlı Qüvvələrimizin güc-qüdrəti nə qədər mühüm əhəmiyyətə malik idisə, Xalq–Pre­zident–Ordu vəhdəti, birliyi də bir o qədər önəm daşıyırdı. Ermənistanın kapitulyasiya aktı­na imza atması ilə Azərbaycan Vətən müharibəsindəki qələbəsini rəsmiləşdirdi. Üçtərəfli bəyanatın şərtlərinə əsasən noyabr ayının 20-də işğaldan azad olunan Ağdam rayonu tamamilə Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Azərbaycanın Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytarması da tarixi qələbələrimizdəndir. Ağdamın siyasi yolla azad olunması böyük hərbi və diplomatik qələbəmizin nəticəsi idi.
Noyabrın 20-də xalqa müraciətində Ağ­damın işğaldan azad olunması münasibətilə bütün ağdamlıları ürəkdən təbrik edən, onların artıq məcburi köçkün olmadıqlarını, doğma dədə-baba torpaqlarına qayıdacaq­larını bildirən dövlət başçımız qeyd etdi ki, əgər Azərbaycan Ermənistanı döyüş mey­danında məğlub etməsəydi, işğalçı öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı: “Ağdamın işğaldan azad edilməsi şanlı hərbi Qələbə nəticəsində mümkün olmuşdur. Əgər Azərbaycan Ermənistanı döyüş meydanın­da məğlub etməsəydi, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı. Bunu deməyə əsas verən bir çox amillər var. İlk növbədə, o bölgələrdə – işğal edilmiş torpaqlarda qurulmuş istehkamlar, oraya böyük vəsait xərclənib. O istehkamlar elə qurulub ki, Azərbaycan Ordusu oradan keçə bilməsin. Amma yenə də səhv etdilər. Bizim gücümüzü düzgün hesablaya bilmədilər. Bilmirdilər ki, bu gün Azərbaycan Ordu­su, Azərbaycan vətəndaşı nəyə qadirdir. Bilmirdilər ki, bizi o Qələbəyə aparan həm gücümüzdür, texniki təchizatımızdır, həm də mənəvi ruhumuzdur. Bilmirdilər ki, Azərbaycan xalqı bütün bu illər ərzində bir arzu ilə yaşayır ki, öz dədə-baba torpağına qayıtsın. Bütün bu amillər və digər amillər bu Qələbəni şərtləndirdi”.

Göyçayda "Vətən müharibəsi zamanı mətbuatımız" adlı dəyirmi masa keçirilib

Ən əsası isə Azərbaycan Ordusu bir güllə belə atmadan, itki vermədən, yal­nız Ermənistanı kapitulyasiyaya məcbur etməklə Ağdamı işğaldan azad etdi, düşmən BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinin tələblərini yerinə yetirməyə məcbur oldu. Üç ölkə arasında əldə edilən razılaşma Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması baxımından tarixi əhəmiyyət daşıyır, eyni zamanda, bəyanatla Qarabağa heç bir status verilməyəcəyi, Naxçıvanla Azərbaycanın quru əlaqəsinin reallaşacağı, Naxçıvanın blokadadan çıxacağı, habelə qardaş Türkiyənin sülhməramlı prosesdə iştirak edəcəyi bildirilir. Ümumiyyətlə, böyük siyasi, diplomatik səy hesabına əldə edilən bütün bu uğurlar Azərbaycanın tarixi qələbəsi, işğalçı Ermənistanın və dünya erməniliyinin isə ağır, ölümcül məğlubiyyətinin ifadəsidir.
A. Nağıyev üç dövlət başçısının imzaladığı birgə bəyanat Azərbaycan üçün milli təhlükəsizlik və milli həmrəylik məsələsi olaraq, respub­likamızın gələcək siyasi, sosial-iqtisadi inkişafını şərtləndirdiyini, ərazi bütövlü­yümüzün işğalçı tərəfindən pozulması 30 il ərzində ölkəmizin sürətli tərəqqisinə mənfi təsir göstərirdi, məcburi köçkünlərimizin həyat tərzində natamamlıq kompleksi yaradırdığını və bu həssas məsələyə beynəlxalq təşkilatların, nüfuzlu dünya dövlətlərinin lazımi qiymət verməmələri də münaqişənin birdəfəlik həllini ləngitdiyini deyərək, cənab Prezidentin 17 il ərzində gərgin siyasi fəaliyyəti, xalqımızın sarsılmaz həmrəyliyi, rəşadətli ordumuzun güc-qüdrəti, cəsarəti, nəhayət, öz müsbət nəticəsini verdiyini, Qarabağın azadlığı uğrunda günbəgün möhkəmlənən və əvvəllər tarixin heç bir dönəmində bu­günkü yekdilliyi fəth etməyən ümummilli həmrəyliyi Azərbaycanı Böyük Qələbəyə qovuşdurduğunu, bu uğur, bu qələbə naminə Vətən oğullarımız son nəfəsinədək vuruş­du, canından belə keçdi, Şuşa qalasını fəth etdiyini diqqətə çatdırdı. Möhtəşəm qələbəmizin əldə olunmasında Azərbaycanın mədəniyyət məbədi və incisi olan, Qara­bağın simvolu sayılan Şuşanın işğaldan azad olunması mühüm önəm kəsb etdi. Bu şəhərinin yağı tapdağından xilas edilməsi Silahlı Qüvvələrimizin yenilməzliyinin təsdiqinə çevrilməklə bərabər, düşmənin əzmini, iradəsini sındırdı, işğalçının “məğlubedilməz ordu” mifini tamamilə dağıtdı.
Anar Nağıyev çıxışının sonunda "Media təmsilçilərimiz cəbhə bölgəsində özlərini peşə borclarını şərəflə yerinə yetiriblər. Onlar ölkə ictimaiyyətinin məlumatlarla təmin edilməsində əsl vətənpərvərlik nümunəsi göstəriblər. Bununla yanaşı, qələmini süngüyə çevirmiş həmkarlarımız da oldu. Onlar arasında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamları ilə medallara layiq görülənlər var. Rayonumuzun mətbuatı arxa cəbhədə öz üzərinə düşən vəzifəni yerinə yetirdi. Qismən hərbi səfərbərlik elan olunan gündən Zəfər qazanılan günə kimi baş verən hadisələri www. Goycay.info.az saytında və https:/ NarTv Göyçay/www.youtube.com/ kanalı vasitəsilə yayaraq dəqiq, obyektiv məlumatlar yaydı. Göyçay mətbuatı rayon rəhbəri ilə birgə 43 şəhid dəfnlərində iştirak edərək dəfinləri kanalda işıqlandırdı. Göyçay rayon icra hakimiyyəti arxa cəbhədə xidmətimizə görə bizi təltif etdi. Mühairə bitdikdən sonra qazilərimizin qarşılanması mərasimlərində, Şəhid ad günləri və ildönümləri qəzet, sayt, youtube kanalında paylaşıldı.

Göyçayda "Vətən müharibəsi zamanı mətbuatımız" adlı dəyirmi masa keçirilib

Göyçayda "Vətən müharibəsi zamanı mətbuatımız" adlı dəyirmi masa keçirilib

Göyçayda "Vətən müharibəsi zamanı mətbuatımız" adlı dəyirmi masa keçirilib

Göyçayda "Vətən müharibəsi zamanı mətbuatımız" adlı dəyirmi masa keçirilib

Göyçayda "Vətən müharibəsi zamanı mətbuatımız" adlı dəyirmi masa keçirilib

Göyçayda "Vətən müharibəsi zamanı mətbuatımız" adlı dəyirmi masa keçirilib

Göyçayda "Vətən müharibəsi zamanı mətbuatımız" adlı dəyirmi masa keçirilib

Tədbirdə çıxış edən Aqıl Kəngərli, Pərviz Yəhyalı, Eldəniz Rüstəmov, Bayram Vəliyev, Aytən Zeynalova, Coşqun İsmayılov, Gülşən Muradova Azərbaycan jurnalistikası 44 günlük Vətən müharibəsində kifayət qədər mütəşəkkil təmsil olunduğunu, media monolit komanda kimi prosesdə aktiv iştirak etdiyini, ordumuzun, digər dövlət qurumlarımızın müharibəyə ciddi və məsuliyyətli şəkildə kökləndikləri kimi, kütləvi informasiya vasitələrimiz də bu səfərbərliyə adekvat yanaşma ortaya qoyduğunu bildirdilər. Natiqlər çıxışlarında xarici təzyiqlər qarşısında duruş gətirmək. Azərbaycan hakimiyyəti erməni lobbi və diaspor təşkilatlarının, ermənipərəst qüvvələrin aramsız həmlələrinə baxmayaraq, bunu bacardı. Məsələnin vacibliyini əsaslandırmağa ehtiyac yoxdur. Yalnız onu vurğulamaq yerinə düşər ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dünyanın müxtəlif ölkələrinin aparıcı media vasitələrinə müsahibələri düşmənə qarşı ideoloji sipər rolunu oynadı. Dövlət başçımız müsahibələrində və xalqa müraciətlərində həm xaricə, həm də daxilə vacib ismarıclar ötürdü. Onun sayəsində cəbhədəki üstünlüyümüz ideoloji müstəviyə də daşındı. Prezident müsahibə və çıxışlarında bir növ, tezislər verdi. Təbii ki, bu amil media orqanlarımızın fəaliyyətinə də müsbət təsirini göstərdi. Jurnalistikamız həm münaqişənin tarixi, həm hazırkı vəziyyət və Azərbaycanın mövqeyi ilə bağlı kifayət qədər tutarlı arqumentlərlə silahlandı. Nəinki mediamız, bütövlükdə ictimai sektor silahlandı. Bu da son dərəcə əhəmiyyətli idi. Göyçay rayonunda fəaliyyət göstərən media qrumlarının Vətən müharibəsi zamanı "Göyçay" qəzeti, Göyçay informasiya agentliyi, NarTv və NarTv Göyçay yotube kanlaının arxa cəbhədəki xidmətinin rayon rəhbərliyi tərəfindən yüksək qiymətləndirilməsini qeyd edərək, müharibədən bir il ötməsinə baxmayaraq bu gündə eyni vətənpərvərlik ruhunda, şərəf, ləyaqətlə, vicdanla çalışdıqlarını vurğuladılar.
Çıxışlarda zamanı vurğulandı ki, Azərbaycan jurnalistikasının ötən əsrin 90-cı illərində, xüsusən də I Qarabağ müharibəsi dönəmində mövcud istiqamətdə təcrübəsi var idi. Həmin dövrdə kifayət qədər peşəkar reportyorlar və operatorlarımız olub. Çingiz Mustafayev, Salatın Əsgərova, Alı Mustafayev, Seyidağa Mövsümlü, Əli Qafarov, Fəxrəddin Şahbazov, Bəxtiyar Qaraca, bu gün Real TV-nin rəhbəri olan Mirşahinin Ağayevin özü. Adlarını indi xatırlamadığım başqa simalar da var. Yada salım ki, müharibə başa çatıb atəşkəs elan olunduqdan sonra Ümummilli lider Heydər Əliyev həmin jurnalistlərin bir qrupu ilə görüş keçirmiş, onların əməyini yüksək qiymətləndirmişdi. 44 günlük müharibədə isə hərbi jurnalistikamız da belə desək, özünə gəldi, canlandı. Bu gün cəbhənin hər qarışına, hər nöqtəsinə, hər rayonumuza, silah-sursatların xüsusiyyətlərinə bələd olan jurnalistlərimiz var. Onlar bu bilikləri əsasən praktik şəraitin diktəsilə qazandılar. Hər birinin əməyi yüksək qiymətləndirilməlidir. Həyatlarını riskə atmaqdan çəkinmədilər. Ən qaynar nöqtələrdə fəaliyyət göstərdilər. Bununla belə, 44 günlük müharibə onu göstərdi ki, hərbi jurnalistika məsələlərinə ciddi önəm verilməlidir. Yalnız praktik biliklərlə, vərdişlərlə kifayətlənmək yetərsizdir. İşin nəzəri və fundamental aspektləri də mütləq şəkildə nəzərə alınmalıdır. Qarşıdakı müddətdə məsələyə məhz bu baxımdan yanaşmaq şərtdir. Müharibə jurnalistikamız üçün bu zərurəti aşkar şəkildə meydana çıxartdı. Azərbaycan Qarabağ müharibəsindən qalib çıxdı. Azərbaycan mediası da qalib ölkənin mediasına çevrildi. Mənəvi baxımdan bu, yüksək dividentdir. O mənada ki, müharibə dünyanın Azərbaycana diqqətini cəmləşdirən amil idi. İstər-istəməz Dağlıq Qarabağ münaqişəsinə maraq yarandı. Ordumuzun döyüş meydanında nümayiş etdirdiyi güc və gücün aşkar üstünlüyə çevrilməsi, tam qalibiyyətə gedən yoldakı lokal qalibiyyətlər gücün qarşısında deyil, yanında dayanma tendensiyasını aktuallaşdırdı. Nəticə etibarilə biz xaricin Azərbaycan mediasına daha çox istinad etdiyini gördük. Əlbəttə, ilk baxışdan bunu təbii saymaq da mümkündür. Xaricdəkilərin Ermənistan mediasına olduğu kimi, Azərbaycan mediasına da nəzər salmaları təbii idi. Amma etibarlılıq məsələsi önəmlidir. Erməni mediası müharibə dönəmində Ermənistan hakimiyyətinin cəfəng fikirlərini, reallıqla uzlaşmayan informasiyalarını yaydı. Azərbaycan mediası isə reallığa söykəndi.
Göyçayda "Vətən müharibəsi zamanı mətbuatımız" adlı dəyirmi masa keçirilib

Göyçayda "Vətən müharibəsi zamanı mətbuatımız" adlı dəyirmi masa keçirilib



Tədbirin sonuda "Vətən müharibəsi zamanı mətbuatımız" adlı videoçarx nümayiş olundu.
Bildirək ki, keçən gün Şəhid ailələrinə Qayğı cəmiyyəti tərəfindən Göyçay mətbuat nümayəndələri təltif olunmuş, şəhid valideyinləri tərəfindən fəxri fərman «Göyçay» qəzeti, Göyçay informasiya agentliyi, NarTv in baş redaktoruna təqdim edilmişdir.
Baxış sayı: 62