Borrel nüvə problemi üzrə İranla danışıqlara hazırdır » devlet.info.az
Xəbərlər



Borrel nüvə problemi üzrə İranla danışıqlara hazırdır
Borrel nüvə problemi üzrə İranla danışıqlara hazırdır

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Jozep Borrel İranla nüvə problemi üzrə danışıqlara hazırdır.

Bu barədə "İntefaks" Qərb KİV-lərinə istinadən xəbər verir.

J.Borrel danışıqların nə zaman baş tutacağı sualına cavabında bildirib: "Mən sizə dəqiq tarix deyə bilmərəm. Lakin lazım gələrsə, onları qəbul etməyə hazıram".

Ali komissar əlavə edib ki, uğursuz addım atmaq şansımız olmadığı üçün strateji səbir göstərmək lazımdır.

Eyni zamanda J.Borrel İranın nüvə probleminin həllinin yeganə yolunun diplomatiya olduğuna əminliyini ifadə edib.
Baxış sayı: 90