QOZLU-BALLI SUYUN FAYDALARI » devlet.info.az
Xəbərlər



QOZLU-BALLI SUYUN FAYDALARI
 QOZLU-BALLI SUYUN FAYDALARI

Axşam yatmazdan əvvəl 1 stəkan çiy suya 2 ədəd qoz, 1 dolu çay qaşığı təmiz bal qarışdırıb qoyun kənara. Səhər yeməyindən ən azı 1 saat əvvəl şərbəti için qozları isə yeyin. Xatırladım ki, şərbət çox dadlı qozlar isə adi qoz dadından çox dadlıdır.
Qozlu-ballı şərbətin faydaları:
▫️Qan dövranını yaxşılaşdırır, həmişə əlləri ayaqları soyuq olanlar üçün faydalıdır.
▫️Səhər ac qarına bunun içilməsi və yeyilməsi bütün gün boyu insanın gümrah qalmasına səbəb olur.
▫️Davamlı içilməsi davamlı bir immunitet əmələ gətirir.
▫️Qoz və bal beynimiz üçün əla bir qida vasitəsidir. Beyin qan dövranı, diqqət, yaddaş, baş ağrıları üçün faydalıdır. Buna səbəb qozda zəngin omeqa 3 və gümüşdür.
▫️Mədəaltı vəz iltihabı (xroniki pankreatit) xəstələri üçün faydalıdır, sadəcə belə xəstələr yeməkdən 2 saat əvvəl içməlidirlər.
▫️Səhər ac qarına içilməsi orqanizmi xərçəng olmaqdan qoruyur.
▫️Arıqlamaq istəyənlər üçündə faydalıdır çünki piyləri əridir oksidləşmə, reduksiya prosesini artırır.
▫️Uzunmüddətli istifadədən sonra yüksək xolesterin normaya düşür.
▫️Yod çatışmazlığı (zob) xəstələri üçün əla bir vasitədir gündən günə yüksəlmiş TSH hormonu normaya düşəcəkdir.
▫️Kista və miomadan əziyyət çəkənlər üçün faydalıdır.
▫️Tərkibindəki zəngin minerallar saç tökülməsinin qarşısını alır.
▫️Süd verən analar üçündə faydalıdır südü artırır.
▫️Üzunmüddətli istifadədən sonra saçlar qalınlaşır dəri parlaqlaşır.
▫️Davamlı şəkildə içilməsi qanda yüksəlmiş sidik turşusunu aşağı salır bunulada pəncə daban diz ağrılarını azaldır.
▫️Məktəbli uşaqlar, imtahana hazırlaşan yeniyetmələr üçün olduqca faydalıdır həm orqanizmi vitamin mineral aminturşu ilə təmin edir həm yüngül əsəb əleyhinə təsiri var həmdə beyinin qavramasını (əzbərləmə) artırır.
▫️Bu qarışım yüngül işlədici olduğundan babasil olanlar üçün faydalıdır.
▫️Qan azlığı olanlar üçün faydalıdır.
▫️Şəkər xəstələri və yüksək təzyiqdən əziyyət çəkənlər bal qarışdırmadan tək qozu suya qoyaraq içməlidirlər.
▫️Bu qarışım allergenlərə qarşı davamlılığı artırır. Zaman-zaman içilməsi allergiyanın aradan qalxmasına səbəb olur.
▫️Bu qarışım uzun zaman öskürəkdən əziyyət çəkənlər üçün də faydalıdır.
▫️Sonda xatırladım ki, dadını kimsə xoşlamasa 1 ədəd qoz istifadə etsin bal isə zövqə uyğun olaraq 1 xörək qaşığına qədər qaldıra bilərsiniz.
Baxış sayı: 14