2020-ci ilin əvvəlindən Avropada qaz 13 dəfə bahalaşıb » devlet.info.az
Xəbərlər



2020-ci ilin əvvəlindən Avropada qaz 13 dəfə bahalaşıb
2020-ci ilin əvvəlindən Avropada qaz 13 dəfə bahalaşıb

Avropa İttifaqında 2020-ci ilin aprelindən 2021-ci ilin oktyabrınadək təbii qaz qiymətləri 13 dəfə artıb.

Bu barədə Avropa Komissiyasının hesabat-proqnozunda deyilir.

Qeyd olunur ki, 2020-ci ilin aprelində qaz qiymətləri bir meqavatt/saat üçün 7 avro idisə, bu ilin oktyabrında həmin göstərici 90 avroya çatıb.

Eyni zamanda, regionda elektrik enerjisi qiymətləri 7,5 dəfə, bir meqavatt/saat üçün 20 avrodan 150 avroyadək yüksəlib.

Hesabatda qeyd olunur ki, Avropa Komissiyası təbii qazın 2022-ci ilin yazınadək 50 avroyadək ucuzlaşmasını proqnozlaşdırır.
Baxış sayı: 20