Göyçayda şəhidlərin ildönümü qeyd olundu » devlet.info.az
Xəbərlər

Göyçayda şəhidlərin ildönümü qeyd olundu
Göyçayda şəhidlərin ildönümü qeyd olundu

Noyabrın 17-də Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Göyçay rayon Birinci Ərəbcəbirli kənd sakini olan Maarif Rahim oğlu Həsənovun və Yenikənd kəndindən olan şəhid Azad Elşad oğlu Kərimlinin ildönümü məzarı önündə qeyd olundu.
Tədbirdə iştirak edən rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, şəhidin ailə üzvləri, dindarlar, ağsaqqallar şəhidin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər.
Rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ötən il, sentyabrın 27-dən başlanan və şanlı Qələbə ilə sona çatan Vətən müharibəsi zamanı canlarını fəda edən oğullarımızın xatirəsinin əbədi qəlbimizdə yaşayacağını, dövlətimizin və xalqımızın hər zaman şəhidlərin əziz xatirəsini uca tutacağını və şəhid ailələrinin dövlətimizin daim diqqət və qayğısı ilə əhatə olunacağını bildirib.
Həmçinin tədbirdə şəhidlərin keçdiyi döyüş yolundan, qəhrəmanlığından danışıldı və qeyd olundu ki, şəhid M.Həsənov ölümündən sonra Azərbaycan Respublikası Prezdentinin sərəncamı ilə "Vətən uğrunda" “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir. Şəhid A.Kərimli ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.
Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildiriblər.
Tədbir məktəblilərin şəhidlərə həsr olunan şeirləri ilə davam etdirilib.

Baxış sayı: 38