Yeni Azərbaycan Partiyası üzvlərinin sayı açıqlanıb » devlet.info.az
Xəbərlər



Yeni Azərbaycan Partiyası üzvlərinin sayı açıqlanıb
Yeni Azərbaycan Partiyası üzvlərinin sayı açıqlanıb

Yeni Azərbaycan Partiyasının (YAP) üzvlərinin sayı açıqlanıb.
Bununla bağlı Yeni Azərbaycan Partiyası sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov partiyanın təsis edilməsinin 29-cu ildönümünə həsr olunan konfransda çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, bu gün YAP sıralarında 800 minə yaxın insan var.

T.Budaqov bildirib ki, bu gün Azərbaycanda YAP ilə rəqabət apara biləcək siyasi partiya yoxdur. O qeyd edib ki, ümumxalq partiyası olan YAP Azərbaycanda keçirilən seçkilərdə qazandığı nailiyyətlərlə qələbələr partiyasına çevrilib.
Baxış sayı: 4