Babək Səmidlinin il dönümünə həsr olunmuş "Ötən günlərdən xatirələr"adlı tədbir keçirilmişdir » devlet.info.az
Xəbərlər

Babək Səmidlinin il dönümünə həsr olunmuş "Ötən günlərdən xatirələr"adlı tədbir keçirilmişdir

Bakı şəhər 172 sayli tam orta məktəbdə Babək Səmidlinin il dönümünə həsr olunmuş "Ötən günlərdən xatirələr"adlı tədbir keçirilmişdir.Tədbirdə məktəb kollektivi,şəhid valideyinləri,şagirdlər iştrak edirdi.Tədbirdə Babək Səmidlinin təltif olunduğu "Suqovuşan"medalı övladlarına təqdim olundu.
Qeyd edək ki: Silahlı Qüvvələrinin polkovniki, Azərbaycan Silahlı Qüvvələrinin 1-ci Ordu Korpusunun ideoloji iş və mənəvi-psixoloji təminat üzrə Komandir müavini, Vətən müharibəsinin "şəhidi" Babək Səmidli 1974-cü il yanvarın 7-də Göyçay şəhərində anadan olub. 1993-cü ildə Ankarada Quru Qoşunları Məktəbinə daxil olub və 1997-ci ildə oradan məzun olub. Babək Səmidli 1997-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi.
2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başladı. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Babək Səmidli 1-ci Ordu Korpusunun Əməliyyat bölməsinin rəisi idi. Cəbhənin Tərtər rayonu istiqamətində gedən döyüşlərin idarə edilməsi məhz ona həvalə olunmuşdu. Gecə döyüşləri zamanı Tərtər rayonunun Talış istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Talış zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olundu.
Babək Səmidli 2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsində Suqovuşanın azadlığı uğrunda gedən döyüşləri idarə edənlərdən biri olub. 2020-ci ilin 24 noyabrda minaya düşməsi nəticəsində "şəhid" olub.

Azərbaycan Ordusunun yaranmasının 100 illiyi münasibətilə və Azərbaycanın qorunub saxlanılmasında xüsusi xidmətlərinə, qarşılarında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25 iyun 2018-ci il tarixli Sərəncamına əsasən Babək Səmidli "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.

Baxış sayı: 37