Rusiyalı gimnast Dünya Yaş Qrupu Yarışının batut gimnastikası üzrə fərdi proqramında qızıl medal qazanıb » devlet.info.az
Xəbərlər



Rusiyalı gimnast Dünya Yaş Qrupu Yarışının batut gimnastikası üzrə fərdi proqramında qızıl medal qazanıb
Rusiyalı gimnast Dünya Yaş Qrupu Yarışının batut gimnastikası üzrə fərdi proqramında qızıl medal qazanıb

Bakıda batut gimnastikası və tamblinq üzrə 28-ci Dünya Yaş Qrupu Yarışlarının 11-12 yaş qrupunda qadınlar arasında batut gimnastikası üzrə fərdi proqramında Rusiya idmançısı Daria Morozova qızıl medal qazanıb.

Darya Morozovanın nəticəsi 50,780 xal təşkil edib.

Arina Şərifullina gümüş (Rusiya, 49,690 xal), Maqdalena Kisevaya bürünc (Bolqarıstan, 48,445 xal) medal qazanıblar.

Qeyd edək ki, 25-28 noyabr tarixlərində keçiriləcək 28-ci Dünya Yaş Qrupları Yarışlarında 32 ölkədən 650 idmançı iştirak edir.

Gimnastlar həm batut, həm tamblinq, həm də ikili mini-batut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyasında yarışırlar.

Yarışda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edirlər.

Yarışlarda Azərbaycanı 15 gimnast təmsil edir. Batut gimnastikasında Selcan Maqsudova, Maqsud Maqsudov, Ammar Baxşəliyev, İbrahim Mustafazadə, Mehdi Əliyev, Nicat Mirzyəyev, Əli Niftəliyev, Şəfiqə Hümbətova, Səma Cəfərova, tamblinq yarışlarında Tofiq Əliyev, Adil Hacızadə, Bilal Qurbanov, Hüseyn Əsədullayev, Aleksey Karataşov və Elnur Məmmədov iştirak edirlər.
Baxış sayı: 26