Qarabağ konflikti BMT-nin uğursuzluğu idi - Mihir Kanade » devlet.info.az
Xəbərlər



Qarabağ konflikti BMT-nin uğursuzluğu idi - Mihir Kanade
Qarabağ konflikti BMT-nin uğursuzluğu idi - Mihir Kanade

Qarabağ konflikti BMT-nin uğursuzluğu idi.
Bunu, “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumunda çıxışı zamanı BMT-nin Sülh Universitetində Beynəlxalq Hüquq Departamentinin direktoru Mihir Kanade deyib.

O, Azərbaycanın məcburi köçükünləri ilə yaxından tanış olduğunu və onların mədəni irslərinin itməsinə şahidlik etdiyini bildirib.

"Əgər biz sülh istəyiriksə, sülhə hazır olmalıyıq. Bu, özündə təhsil, insan hüquqları və beynəlxalq hüququ ehtiva edir. Ümid edirəm ki, daha dayanıqlı sülhsevər bir gələcəyə addımlayarıq", - deyə M.Kanade qeyd edib.
Baxış sayı: 36