Göyçayda Ulu Öndər Heydər Əliyevin xatirəsi dərin hörmət və ehtiramla anılıb » devlet.info.az
Xəbərlər

Göyçayda Ulu Öndər Heydər Əliyevin xatirəsi dərin hörmət və ehtiramla anılıb

12 dekabr 2021-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərək Ümummilli Liderin əziz xatirəsini böyük ehtiramla yad etmiş, Heydər Əliyev adına mərkəzdə Ulu Öndərin şərəfli həyat yolunu özündə əks etdirən eksponatlara baxış keçirilmiş və Bayraq Muzeyində olmuşlar.
Qeyd olunmuşdur ki, Ulu Öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi müddətdə Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkəmizin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün məqsədyönlü addımlar atmışdır. Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Ulu Öndər öz titanik fəaliyyətində hər zaman xalqına arxalanmış, ona olan sonsuz sevgi və hörmətin nəticəsi olaraq ən çətin anlarda belə xalqın dəstəyini qazana bilmişdir.
Ulu Öndərin müstəqillik dövründə həyata keçirdiyi bir çox islahatlar içərisində ordu quruculuğunda görülən işlər bu günkü müasir Azərbaycanın güclü ordusunun olmasını təmin etdi. Məhz əsasını Ulu Öndərin qoyduğu müasir və güclü Azərbaycan Ordusu cəmi 44 gün ərzində düşmənin silahlı qüvvələrini darmadağın edərək 30 illik erməni işğalına son qoydu.
Bü gün hər bir azərbaycanlı fəxr edir ki, o məhz Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanın vətəndaşıdır, onun bütün varlığı ilə sevdiyi bir xalqın övladıdır. Nə qədər ki, bu dövlət, bu millət var hər zaman da Heydər Əliyev adı qəlblərdə yaşayacaq, ən xoş xatirələrlə anılacaqdır. Bütün dünya azərbaycanlılarının milli iftixarı olan Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır.

Baxış sayı: 41