Zaqatalalılar Ulu Öndərin xatirəsini ehtiramla anıblar » devlet.info.az
Xəbərlər



Zaqatalalılar Ulu Öndərin xatirəsini ehtiramla anıblar
Zaqatalalılar Ulu Öndərin xatirəsini ehtiramla anıblar

İstər Azərbaycan tarixində, istərsə də xalqın yaddaşında Heydər Əliyev müstəqil və suveren dövlətin simvolu, cəsur insan, böyük vətəndaş kimi qalıb. O, Azərbaycanın ən yeni tarixində müstəqil dövlətin siyasi, iqtisadi, hüquqi, sosial-mədəni, elmi əsaslarını yaradan milli inkişaf strategiyasının müəllifidir. Bu gün Azərbaycanın əldə etdiyi bir çox uğurlar Ulu Öndərin adı ilə bağlıdır.

Azərbaycan xalqının böyük oğlu, ümummilli lider Heydər Əliyevin anım günü Zaqatala rayonunda da dahi rəhbərə sonsuz məhəbbət və ehtiram hissi ilə qeyd olunub.

Dekabrın 12-də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, ayrı-ayrı əmək kollektivlərinin nümayəndələri, ağsaqqal və gənclər, sadə insanlar səhər saatlarından başlayaraq Ulu Öndərin Zaqatala şəhərində mədəniyyət və istirahət parkında ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Anım mərasimində iştirak edən Zaqatala sakinləri dahi şəxsiyyətin müqəddəs ruhu qarşısında baş əyib, Azərbaycan xalqı var olduqca Heydər Əliyevin ürəklərdə yaşayacağını bildiriblər.
Baxış sayı: 32