Suraxanıda məhəllədaxili yollar asfaltlanır » devlet.info.az
Xəbərlər



Suraxanıda məhəllədaxili yollar asfaltlanır
Suraxanıda məhəllədaxili yollar asfaltlanır

Suraxanı rayonunda vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə qəsəbələrarası və məhəllədaxili küçələrdə təmir-tikinti işləri həyata keçirilərək uzun müddət əsaslı şəkildə təmir olunmayan yolların yenidən qurulması davam etdirilir.

Hazırda Əmircan qəsəbəsi, İ.Şükürov küçəsi, döngə 2 ünvanda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 3120 kv.m asfalt örtüyü salınır.

Qeyd edək ki, rayon ərazisində asfaltlanmasına ehtiyac olan küçələrdə bu işlər mərhələli şəkildə davam etdirilir.
Baxış sayı: 12