Muxtar respublikada ötən il 330 ailənin özünüməşğulluğu təmin edilib » devlet.info.az
Xəbərlər



Muxtar respublikada ötən il 330 ailənin özünüməşğulluğu təmin edilib
Muxtar respublikada ötən il 330 ailənin özünüməşğulluğu təmin edilib

Muxtar respublikada özünüməşğulluq proqramı uğurla reallaşdırılır. Bu çərçivədə, ötən il 330 ailənin özünüməşğulluğu təmin edilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, sosial qayğıya ehtiyacı olan 202 ailənin hər birinə 2 baş iribuynuzlu, 64 ailənin hər birinə 20 baş xırdabuynuzlu, 31 ailənin hər birinə mini yerşumlayan aqreqat, 4 ailənin hər birinə 10 arı ailəsi, 4 ailənin hər birinə otbiçən və odunkəsən aqreqatlar, 3 ailənin hər birinə inkubator aparatı, 4 ailənin hər birinə otbiçən aqreqat, 4 ailənin hər birinə unlu və qənnadı məmulatlarının hazırlanması üçün avadanlıq və ləvazimatlar, 2 ailənin hər birinə dərzi avadanlıqları və ləvazimatları, 2 ailənin hər birinə döşəmə hamarlayan dəzgah, 2 ailənin hər birinə inkubator və quş tükü təmizləyən aparat, 1 ailəyə otdoğrayan aqreqat, 1 ailəyə mebel təmiri və üzlənməsi avadanlığı, 1 ailəyə qaynaqçı avadanlıqları və ləvazimatları, 1 ailəyə bərbər avadanlıqları və ləvazimatları, 1 ailəyə südsağan aqreqat, 1 ailəyə təmir-tikinti alət və ləvazimatları, 1 ailəyə bərbər-manikürçü avadanlıqları və ləvazimatları, 1 ailəyə iaşə xidmətinin göstərilməsi üçün avadanlıqlar verilib. Bundan əlavə, monitorinqlər aparılaraq təsərrüfatlarını nümunəvi inkişaf etdirən 5 ailəyə arpa-buğda qıran, 6 ailəyə otdoğrayan və 2 ailəyə südsağan aqreqatlar verilib. 2021-ci ildə sağlamlıq imkanları məhdud qadınlarla müqavilə bağlanaraq 2500 cüt yun corab, 2200 ədəd yun jilet və 1000 ədəd yun boyunluq toxunulub, hərbi hissələrə təhvil verilib.

Hesabat dövrünün sonuna 281 tənha ahıl və sağlamlıq imkanları məhdud vətəndaşlara evlərində sosial xidmət göstərilib, Naxçıvan Əlillərin Bərpa Mərkəzində 266 nəfərin, Naxçıvan Uşaq Bərpa Mərkəzində 279 uşağın müalicəsi təşkil edilib. Sağlamlıq imkanları məhdud şəxslər 681 texniki və 563 köməkçi reabilitasiya vasitələri ilə təmin olunub, 305 nəfərə protez-ortopediya xidmətləri göstərilib.
Baxış sayı: 41