YAP Yasamal rayon təşkilatında “Milli maraqlar və xarici siyasət” mövzusu istiqamətində YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı ilə gənclərin görüşü keçirilib. » devlet.info.az
Xəbərlər



YAP Yasamal rayon təşkilatında “Milli maraqlar və xarici siyasət” mövzusu istiqamətində YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı ilə gənclərin görüşü keçirilib.
YAP Yasamal rayon təşkilatında “Milli maraqlar və xarici siyasət” mövzusu istiqamətində YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı  ilə gənclərin görüşü keçirilib.

YAP Yasamal rayon təşkilatında “Milli maraqlar və xarici siyasət” mövzusu istiqamətində YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavid Osmanov ilə gənclərin görüşü keçirilib.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev iştirakçıları salamlayıb və qeyd edib ki, ötən əsrin sonlarında Azərbaycan mürəkkəb tarixi dövr yaşasa da, sosial-iqtisadi və mədəni həyatında böyük təkamül yolunu inamla keçərək sabit, təhlükəsiz və müasir həyat səviyyəsini təmin etmiş ölkə kimi dünyada tanındı.
Ölkənin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artmış, cəmiyyətdə dövlətçilik ənənələri güclənmiş, müasir sosial-iqtisadi infrastruktur quruculuğu uğurla həyata keçirilmişdir. İqtisadi inkişafdan qaynaqlanan yüksək maliyyə imkanları uzun illər makroiqtisadi sabitlik və artıma mühüm töhfə vermiş, təhlükəsizliyin təmini üçün güclü potensial yaratmışdır.
Tarixi qələbəmiz nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcəkdir.
Bu çərçivədə regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu daha da möhkəmləndirəcəkdir.

Çıxış edən “Milli maraqlar və xarici siyasət” mövzusu istiqamətində YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavid Osmanov söyləyib ki, əgər ovaxtkı Azərbaycan reallıqlarına nəzər salsaq görərik ki, o vaxt vəziyyət çox ağır idi.
Müstəqilliyimizin cəmi 6 yaşı var idi, Azərbaycan müstəqil həyata təzə-təzə başlayırdı. Ölkə qarşısında çox böyük, ciddi, fundamental problemlər dayanmışdı. Birinci Qarabağ müharibəsindən cəmi üç il keçmişdi və böyük ümidlər var idi ki, beynəlxalq aləm, vasitəçilər tezliklə Qarabağ məsələsini həll edəcək, ədaləti bərpa edəcək. Belə ümidlər var idi və bütün digər sahələrdə vəziyyət çox ağır idi.
Siz gənclər təbii ki, o illəri görməmisiniz. Ancaq bu, bizim tariximizdir və bizdən sonra gələn nəsillər bu tarixi bilməlidir, unutmamalıdır. Çünki məhz düzgün təhlil apararkən, tarixdən ibrət götürərək inamla irəliyə gedə bilərik.
Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan beynəlxalq arenada öz yerini tutdu. Bu gün isə Ulu öndərin siyasi davamçısı İlham Əliyevin apardığı siyasət nəticəsində müasir Azərbaycan özünün ən güclü dövrünü yaşayır desək, əlbəttə yanılmarıq.
Cavid Osmanov müasir Azərbaycanın müasir gəncliyinin üzərinə düşən ən böyük vəzifələrdən birinin də Azərbaycanı hər sahədə beynəlxalq arenada layiqincə təmsil etmək olduğunu vurğulayıb.

Daha sonra gənclərlə aktiv müzakirə formatında keçən görüşdə gənclər öz ürəy sözlərini bölüşüb və suallarına cavab alıblar. Sual-cavabda aktiv iştirak edən gənclərə Şahin İsmayılov öz təşəkkürünü bildirib.

Sonda gənclərlə birlikdə xatirə şəkli çəkilib.
YAP Yasamal rayon təşkilatında “Milli maraqlar və xarici siyasət” mövzusu istiqamətində YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı  ilə gənclərin görüşü keçirilib.
YAP Yasamal rayon təşkilatında “Milli maraqlar və xarici siyasət” mövzusu istiqamətində YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı  ilə gənclərin görüşü keçirilib.
YAP Yasamal rayon təşkilatında “Milli maraqlar və xarici siyasət” mövzusu istiqamətində YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı  ilə gənclərin görüşü keçirilib.
YAP Yasamal rayon təşkilatında “Milli maraqlar və xarici siyasət” mövzusu istiqamətində YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı  ilə gənclərin görüşü keçirilib.
YAP Yasamal rayon təşkilatında “Milli maraqlar və xarici siyasət” mövzusu istiqamətində YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı  ilə gənclərin görüşü keçirilib.
YAP Yasamal rayon təşkilatında “Milli maraqlar və xarici siyasət” mövzusu istiqamətində YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı  ilə gənclərin görüşü keçirilib.
YAP Yasamal rayon təşkilatında “Milli maraqlar və xarici siyasət” mövzusu istiqamətində YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı  ilə gənclərin görüşü keçirilib.
Baxış sayı: 1 697