Suraxanıda Novruz bayramı qeyd olundu » devlet.info.az
Xəbərlər



Suraxanıda Novruz bayramı qeyd olundu
Suraxanıda Novruz bayramı qeyd olundu

Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə xalqımızın tarixi qədər qədim və ən əziz el bayramlarından olan Novruz bayramı münasibətilə Əmircan qəsəbəsində yerləşən Heydər Əliyev parkında sevimli və məşhur müğənnilərimizin ifası və möhtəşəm atəşfəşanlıqla ümumrayon bayram şənliyi keçirilib.

RİH başçısı Əziz Əzizov Heydər Əliyev parkında ucaldılmış bayram tonqalını yallı sədaları altında rayon sakinlərinin iştirakı ilə alovlandırdıqdan sonra sevimli müğənnilər öz ifaları ilə tədbir iştirakçılarını bayram münasibətilə təbrik ediblər.

Tədbirdə xalqımızın min illər boyu, qoruyub saxladığı, milli mənəvi dəyərlərimizi özündə əks etdirən Novruz bayramının qədim köklərə aid olduğunu və hər kəsin qəlbində əbədi yaşayacağını daima vurğulayan ümummilli lider Heydər Əliyevin bu bayramı hələ o vaxtkı sovet rəhbərliyinin sərt rejimi, qadağaları dövründə bütün ölkəmiz miqyasında yüksək səviyyədə təşkil olunmasında və böyük sevgiylə keçirilməsində əvəzsiz rolunun olduğu, məhz onun sayəsində respublikamız müstəqilliyini bərpa etdikdən sonra xalqımızın öz adətlərini, milli dəyərlərini, insana, təbiətə sevginin nümunəsi olan Novruz bayramını daha böyük izdihamla qeyd etdiyi vurğulanıb.

Həmçinin bu gün Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, qədirbilən xalqımızın qətiyyətli Ali Baş Komandanı, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın da mədəni-mənəvi irsimizə xüsusi diqqətlə yanaşmaları, eləcə də Müzəffər Ali Baş komandanın rəhbərliyi ilə bütövləşmiş yurdumuzun hər guşəsində şanlı qələbəmizin əbədi bahar gətirdiyi bu əziz bayramın zəfər ovqatı ilə qeyd edildiyi hər kəsin diqqətinə çatdırılıb.
Baxış sayı: 33