Dövlətə dəymiş ziyanla bağlı 2,2 milyon manat vəsaitin ödənilməsi təmin edilib – Hesabat » devlet.info.az
Xəbərlər



Dövlətə dəymiş ziyanla bağlı 2,2 milyon manat vəsaitin ödənilməsi təmin edilib – Hesabat
Dövlətə dəymiş ziyanla bağlı 2,2 milyon manat vəsaitin ödənilməsi təmin edilib – Hesabat

Hüquq mühafizə orqanlarına göndərilmiş materiallar üzrə dövlətə dəymiş ziyanla bağlı 2,2 milyon manat vəsaitin ödənilməsi təmin edilib.

Bu barədə “Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında” hesabatında qeyd edilib.

Qeyd edilib ki, hesabat ilində 2 nəzarət tədbiri (Dövlət Turizm Agentliyinə ayrılmış dövlət vəsaitlərinin icrası və AMEA-nın Fiziki İnstitutuna ayrılmış dövlət vəsaitlərinin icrası üzrə uyğun auditləri üzrə materialları) üzrə müvafiq materiallar Hesablama Kollegiyasının qərarına əsasən, Baş Prokurorluğa təqdim edilib.

Bundan əlavə, 2021-ci ildə Hesablama Palatasının əməkdaşları Dövlət Təhlükəsizlyi Xidməti tərəfindən həyata keçirilən bir nəzarət tədbirində iştirak edib.
Baxış sayı: 13