Gələn ay subsidiyalarla bağlı auditlərin keçirilməsi planlaşdırılır » devlet.info.az
Xəbərlər



Gələn ay subsidiyalarla bağlı auditlərin keçirilməsi planlaşdırılır
Gələn ay subsidiyalarla bağlı auditlərin keçirilməsi planlaşdırılır

Gələn ay kənd təsərrüfatı üzrə fermerlərə verilən subsidiyalarla bağlı auditlərin keçirilməsi planlaşdırılır.

Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında qurumun ötənilki fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deyib.

O həmçinin qeyd edib ki, dövlət xətti ilə kino çəkilişlərinə ayrılan vəsaitlərlə bağlı auditlər yekunlaşmaq üzrədir.

V.Gülməmmədov əlavə edib ki, parlamentin komitəsində bu məsələnin müzakirəsi planlaşdırılır.
Baxış sayı: 13