Macarıstan şirkəti "Azəri-Çıraq-Günəşli" üzrə hasilat həcmini açıqlayıb » devlet.info.az
Xəbərlər



Macarıstan şirkəti "Azəri-Çıraq-Günəşli" üzrə hasilat həcmini açıqlayıb
Macarıstan şirkəti "Azəri-Çıraq-Günəşli" üzrə hasilat həcmini açıqlayıb

2022-ci ilin birinci rübündə Macarıstanın "MOL Group" şirkətinin "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqlarında hasilatı sutkada 15,4 min barel neft ekvivalentinə bərabər olub.

Bu barədə şirkətin hesabatına istinadən məlumat verir. 2021-ci ilin birinci rübündə hasilat 20 min barelə bərabər idi.

Beləliklə, Macarıstan şirkətinin AÇG üzrə hasilatı 23 faiz azalıb
Qeyd edək ki, "MOL Group" tərəfindən "Azəri-Çıraq-Günəşli" blokunda və Bakı-Tbilisi-Ceyhan boru kəmərində payın satın alınması üzrə saziş 2020-ci ilin aprelində imzalanmışdı.
Baxış sayı: 4