Xəbərlər
devlet.info.az » Gündəm » Bakıda fəhlə yeni tikilən binadan yıxılaraq ölüb
Bakıda fəhlə yeni tikilən binadan yıxılaraq ölüb
Mayın 12-i saat 16 radələrində paytaxtın Nərimanov rayonu ərazisində 1993-cü il təvəllüdlü Orxan Bəndəliyevin hündürlükdən yıxılaraq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Nərimanov prokurorluğundan bildirilib ki, ilkin araşdırmalarla müəyyən olunub ki, Nərimanov rayonunda yeni tikilməkdə olan binanın tikintisində fəhlə işləyən Orxan Bəndəliyev iş görən zaman binanın 11-ci mərtəbəsindən ehtiyatsızlıqdan 2-ci mərtəbənin damına yıxılması nəticəsində almış olduğu xəsarətlərdən hadisə yerində ölmüşdür.
Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam edir.
foto və Vİdeo qalereya
XƏBƏR LENTİ
Tədbirlər
Qaradağda Heydər Əliyevin anadan olmasının dönümünə həsr olunmuş dəyirmi masa keçirildi
10-05-2022, 17:12
/
11
Ulu Öndərin anadan olmasının 99 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi
5-05-2022, 19:33
/
19