Suraxanıda qanvermə aksiyası keçirildi » devlet.info.az
Xəbərlər



Suraxanıda qanvermə aksiyası keçirildi
Suraxanıda qanvermə aksiyası keçirildi

Suraxanı Rayon İcra Hakimiyyətinin və Milli Hematologiya və Transfuziologiya Mərkəzinin birgə təşəbbüsü ilə RİH-in inzibati binasında növbəti dəfə könüllü qanvermə aksiyası təşkil olunub.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun, müavinlərinin, RİHBA-nın və onun struktur bölmələrinin, rayonun idarə, müəssisə və təşkilatların əməkdaşlarının, eləcə də rayon sakinlərinin iştirakı ilə keçirilən qanvermə aksiyasının məqsədi 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkən uşaqlara yardım etmək və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaqdır.

Qeyd edək ki, Milli Hematologiya və Transfuziologiya Mərkəzi tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları hər bir donordan qan analizi götürərək onların sağlamlığını öncədən müəyyənləşdirmişdir.

Səhhəti imkan verən hər bir vətəndaşımızı birlik və həmrəylik nümayiş etdirərək, bu nəcib və humanist xarakterli aksiyaya qoşulmağa və qanverməyə dəvət edir, qan verərək həyat qurtaran hər kəsə minnətdarlığımızı bildiririk.
Baxış sayı: 12