Azərbaycan Moldovaya enerji ehtiyatları tədarükünün şaxələndirilməsi baxımından əsas tərəfdaşdır - Baş nazir müavini » devlet.info.az
Xəbərlər



Azərbaycan Moldovaya enerji ehtiyatları tədarükünün şaxələndirilməsi baxımından əsas tərəfdaşdır - Baş nazir müavini
Azərbaycan Moldovaya enerji ehtiyatları tədarükünün şaxələndirilməsi baxımından əsas tərəfdaşdır - Baş nazir müavini

Azərbaycan Moldovaya enerji ehtiyatları tədarükünün şaxələndirilməsi baxımından əsas tərəfdaşdır.

Bunu Moldova baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Andrey Spinu Bakıda keçirilən 27-ci Enerji Forumunda deyib.

Onun sözlərinə görə, son 6 ay ərzində Moldovada qaz qiymətləri 5 dəfə artıb. Bazarın çökməsi özünün enerji ehtiyatları olmayan Serbiya və Moldova kimi ölkələrə daha çox təsir göstərib.

Moldovalı nazir bildirib ki, Azərbaycanın həm ənənəvi enerji ehtiyatları, həm də alternativ enerji üzrə potensialı çox yüksəkdir.

"Həmrəylik mexanizminin yaradılması lazımdır. Etibarlı tədarük mexanizmi hazırlanmasa, biz hədəflərimizə nail ola bilməyəcəyik", - deyə o bildirib.
Baxış sayı: 13