Xəbərlər
devlet.info.az » Gündəm » Bu il Bakı Neft Emalı Zavodunda hidrogen istehsalının işə salınması planlaşdırılır
Bu il Bakı Neft Emalı Zavodunda hidrogen istehsalının işə salınması planlaşdırılır
Bu il Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (NEZ) hidrogen istehsalının işə salınması planlaşdırılır.
Bunu Bakı NEZ-in modernləşdirilməsi layihəsinin baş direktorunun müavini Emil Alxaslı Bakıda keçirilən 27-ci Enerji Forumunda deyib.
Onun sözlərinə görə, bununla yanaşı zavodda istehsal gücünün artırılması, ölkədə Avro-5 standartlı yanacaq tədarükünün təmin olunması, ətraf mühitə təsirin azaldılması, "Azərikimya" İstehsalat Birliyinə aralıqsız xammal tədarükünün təmin olunması və neft məhsullarının ixrac potensialının artırılması məqsədilə modernləşdirmə və bərpa işləri aparılır.
"Bu günədək NEZ-də təmir işlərinə 1,2 min mütəxəssis cəlb edilib. Müxtəlif avadanlıqların istismara verilməsi mərhələli şəkildə icra olunur", - E.Alxaslı deyib.
Oxşar xəbərlər
foto və Vİdeo qalereya
XƏBƏR LENTİ
Tədbirlər
Göyçayda “Tarixi Zəfərimiz Milli Qurtuluşdan başlayır” adlı tədbir keçirilib
8-06-2022, 23:19
/
52
Xırdalan şəhərindəki Şəhidlər xiyabanında “İbadət otağı” istifadəyə verilib
22-05-2022, 09:17
/
21