AKP prezident seçkilərində Ərdoğanın namizədliyini irəli sürdü » devlet.info.az
Xəbərlər



AKP prezident seçkilərində Ərdoğanın namizədliyini irəli sürdü
AKP prezident seçkilərində Ərdoğanın namizədliyini irəli sürdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2023-cü il prezident seçkilərində yenidən namizəd olacağı açıqlanıb.

Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu haqda hakim Ədalət və İnkişaf Partiyasının sözcüsü Ömər Çelik danışıb.

Mövcud olmayan seçkinin təhlükəsizliyi ilə bağlı müxalifət tərəfindən qara təbliğat aparıldığını ifadə edən Çelik, Xalq Alyansının namizədinin Prezident Rəcəb Tayyib Ərdoğan olduğunu bildirib.

Qeyd edək ki, Türkiyədə prezident və parlament seçkiləri 2023-cü ilin iyun ayına təyin edilib.
Baxış sayı: 27