Bakıda 14 iyuna qədər bağlanan prospektlər » devlet.info.az
Xəbərlər



Bakıda 14 iyuna qədər bağlanan prospektlər
Bakıda 14 iyuna qədər bağlanan prospektlər

İyunun 10-12-də Bakıda keçiriləcək Formula-1 Azərbaycan Qran-Prisi ilə əlaqədar paytaxtda bağlanmış, istiqaməti dəyişdirilmiş küçə və prospektlər müəyyənləşib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Azərtac-a açıqlamasında deyib ki, bu mötəbər yarışla əlaqədar iyunun 6-dan 13-dək paytaxt ərazisində avtomobillərin hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə Bakı treki istiqamətində Kövkəb Səfərəliyeva, Rixard Zorge, Puşkin, Bülbül, Səməd Vurğun, Teymur Elçin, Mehdi Hüseyn, Lermontov, Azərbaycan, Mikayel Useynov, Zərgərpalan, Murtuza Muxtarov, Şeyx Şamil, Afiyəddin Cəlilov, Yusif Səfərov küçə və prospektlərində avtomobillərin hərəkət istiqaməti dəyişdirilir.

Afiyəddin Cəlilov-Mehdi Mehdizadə küçələrindən Yusif Səfərovla kəsişmədən hərəkət sağa, Yusif Səfərov küçəsində sağa yalnız 28 May küçəsinə, 20-ci Sahə, Bayıl qəsəbəsi və Bayraq Meydanı yanından hərəkət Bayıl qəsəbəsinin daxili yolları ilə Neftçi Qurban və Xanlar küçəsi istiqaməti üzrə Parlament prospektinə, Bakı-Salyan-Ələt yolundan isə hərəkət Lökbatan dairəsindən 3-cü Kənar Dairəvi yolla Yasamal rayonu ərazisindən keçməklə, həmçinin Bakı-Zığ yolu-Nobel prospekti, eləcə də Hava Limanı-Heydər Əliyev prospektindən mərkəzə doğru hərəkət Nəcəfqulu Rəfiyev-Babək prospekti, 10-cu Zavod Dairəsindən-Nərimanov rayon ərazisindən keçərək Fətəli Xan Xoyski küçəsi ilə, Mehdi Hüseyn küçəsindən Lermontov küçəsinə hərəkətin əksinə və Axundov parkı ərazisi ilə Əhməd Cavad küçəsinin əksinə hərəkət nəzərdə tutulur.

Üzeyir Hacıbəyli küçəsinin kəsişməsindən Füzuli küçəsinin kəsişməsinədək Səməd Vurğun küçəsində ikiistiqamətli hərəkət müəyyənləşdirilib.

Avtomobil sürücülərindən iyunun 13-dək mərkəz istiqamətində hərəkətləri məhdudlaşdıraraq ictimai nəqliyyatdan istifadə etmələri tövsiyə olunur.
Baxış sayı: 13