Göyçayda “Tarixi Zəfərimiz Milli Qurtuluşdan başlayır” adlı tədbir keçirilib » devlet.info.az
Xəbərlər



Göyçayda “Tarixi Zəfərimiz Milli Qurtuluşdan başlayır” adlı tədbir keçirilib
Göyçayda “Tarixi Zəfərimiz Milli Qurtuluşdan başlayır” adlı tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatında “Tarixi Zəfərimiz Milli Qurtuluşdan başlayır” adlı tədbir keçirilib.

Əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rayon təşkilatının inzibati binasinda yerləşən büstü önünə gül-çiçək dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib

Tədbir xalqımızın ümummilli lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükütla yad edilməsi ilə başlayıb.

Tədbirdə YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavid Osmanov, Rayon Ağsaqqallar Şurasının sədri Xəlil Orucov, gənc partiya üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov bildirib ki, Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir.

Göyçayda “Tarixi Zəfərimiz Milli Qurtuluşdan başlayır” adlı tədbir keçirilib

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavid Osmanov vurğulayıb ki, 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu.

Qeyd olunub ki, bu gün Azərbaycan tarixinin ən şərəfli, ən sevincli günlərini yaşayır. Artıq “Qarabağ münaqişəsi” deyilən bir termin tarixə qovuşub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan ordusutorpaqlarımızı işğaldan azad edib, ərazi bütövlüyümüz təmin olunub. Azərbaycanın tarixi qələbəsinin şəksiz və şəriksiz qəhrəmanı isə Cənab Ali Baş Komandandır!
Göyçayda “Tarixi Zəfərimiz Milli Qurtuluşdan başlayır” adlı tədbir keçirilib

Göyçayda “Tarixi Zəfərimiz Milli Qurtuluşdan başlayır” adlı tədbir keçirilib

Göyçayda “Tarixi Zəfərimiz Milli Qurtuluşdan başlayır” adlı tədbir keçirilib
Göyçayda “Tarixi Zəfərimiz Milli Qurtuluşdan başlayır” adlı tədbir keçirilib

Göyçayda “Tarixi Zəfərimiz Milli Qurtuluşdan başlayır” adlı tədbir keçirilib

Göyçayda “Tarixi Zəfərimiz Milli Qurtuluşdan başlayır” adlı tədbir keçirilib
Göyçayda “Tarixi Zəfərimiz Milli Qurtuluşdan başlayır” adlı tədbir keçirilib


Sonda partiya sıralarına yeni qəbul olunan gənclərə üzvlük vəsiqələri təqdim olunub.
Baxış sayı: 50