Deputat: “Azərbaycanda dini etiqada böyük hörmətlə yanaşılır” » devlet.info.az
Xəbərlər



Deputat: “Azərbaycanda dini etiqada böyük hörmətlə yanaşılır”
Deputat: “Azərbaycanda dini etiqada böyük hörmətlə yanaşılır”

“Azərbaycanda aparılan quruculuq işləri dini abidələrimizdən, məscidlərimizdən, həmçinin digər dinlər üçün müqəddəs sayılan məkanlardan da yan keçməyib. Müstəqillik illərinə nəzərə salsaq görərik ki, onlarla yeni məscidlər inşa olunub, qədim məscidlərdə isə təmir-bərpa işləri aparılıb. Bu gün İslam dini ilə yanaşı digər dinlərə ibadət edən vətəndaşların da üz tutduqları dini məkanlar ən yüksək səviyyədə təmir edilib. Bu isə onu göstərir ki Azərbaycanda dini etiqada böyük hörmətlə yanaşılır. Din xadimlərinin daha rahat fəaliyyət göstərməsi üçün onlara şərait yaradılıb. Bütün bunlar Prezident İlham Əliyevin diqqət və qayğısının təzahürüdür”.

Bunu açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Deputat qeyd edib ki, bu gün multikultural dəyərləri ilə dünyada nümunəvi ölkə olan Azərbaycanda bu istiqamətdə daim işlər görülür: "Hətta işğaldan azad olunan topraqlarımızda da cənab prezidentin göstərişi ilə dini obyektlər təmir bərpa olunur. İstər Prezident İlham Əliyev istərsə də birinci vitse-prezident Mehriban xanım Əliyeva dini abidələrin təmir bərpa və tikintisinə böyük həssaslıqla yanaşırlar. Şuşa şəhərində Yuxarı Gövhər Ağa, Aşağı Gövhər Ağa, Saatlı məscidləri Heydər Əliyev Fondu tərəfindən əsaslı bərpa edilib. Ağdam şəhərinin məscidi də Heydər Əliyev Fondu tərəfindən əsaslı bərpa edilir. Əlbəttə dini sahədə görülən işlər bununla bitmir. Bu gün ölkəmizdə 1000-dən çox fəaliyyət göstərən məscid var ki, onların da əksəriyyətinin hər cür şəraiti var və insanlar rahat şəkildə həmin məscidlərdə ibarət edə bilirlər. Bu tendensiya digər dinlərə ibadət edən vətəndaşlarımıza da aiddir”.
Baxış sayı: 16