Xəbərlər
devlet.info.az » Gündəm » Prezident Özbəkistana getdi
Prezident Özbəkistana getdi
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 21-də Özbəkistana dövlət səfərinə gedib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı İslam Kərimov adına Daşkənd Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər qarşılayıblar
Prezidenti İlham Əliyevin Daşkənddəki “Kuksaroy” dövlət iqamətgahında rəsmi qarşılanma mərasimi olub. Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezident İlham Əliyevi qarşılayıb. İki ölkənin Dövlət himnləri səslənib.
Daha sonra fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib. İlham Əliyev Özbəkistan əsgərlərini salamlayıb. Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
foto və Vİdeo qalereya
XƏBƏR LENTİ
Tədbirlər
Göyçayda “Tarixi Zəfərimiz Milli Qurtuluşdan başlayır” adlı tədbir keçirilib
8-06-2022, 23:19
/
51
Xırdalan şəhərindəki Şəhidlər xiyabanında “İbadət otağı” istifadəyə verilib
22-05-2022, 09:17
/
21