Nəsimidə 500-dən çox sakin səyyar qəbulda iştirak edib » devlet.info.az
Xəbərlər



Nəsimidə 500-dən çox sakin səyyar qəbulda iştirak edib
Nəsimidə 500-dən çox sakin səyyar qəbulda iştirak edib

Vətəndaşların səyyar qəbullarının keçirilməsi, vətəndaşların qaldırdıqları məsələlərin operativ həllinə yönəlmiş tədbirlərin görülməsi Nəsimi rayon İcra Hakimiyyətinin daim diqqət mərkəzindədir.

Cari ilin iyun ayı ərzində RİH başçısı Asif Əsgərov tərəfindən rayon ərazisində səyyar qəbullar və yerlərdə görüşlər keçirilib. Qəbul və görüşlər 1, 2, 3 nömrəli Sahə inzibati ərazi dairələri üzrə ünvanları əhatə etmiş, keçirilən 4 səyyar qəbul və görüşlərdə 500-dən çox sakinin iştirakı ilə 60-a qədər müraciətlər dinlənilib.

Qaldırılan məsələlərin araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyəti idarə və müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilib, görüləcək işlər vətəndaşlara geniş izah edilib, müraciətlərin müsbət həlli istiqamətində operativ tədbirlər görülüb.

Vətəndaşların müraciətləri əsasən həyətlərin abadlaşdırılması, mənzil şəraitinin yaxşılaşdırılması, dam örtüklərinin və zirzəmilərin təmiri, qəzalı və istismar müddəti bitmiş yaşayış evlərinin, köhnə məhəllələrin sökülərək yenilərinin tikilməsi, küçə və həyətlərin işıqlandırılması, qrafiklərlə verilən su təchizatının daha da yaxşılaşdırılması, iş ilə təmin, ağacların budanması və s. məsələlərlə bağlı olub.

Qəbul və görüşlərdə sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin abadlıq quruculuq sahəsində təqdim olunan layihələrə təklif və rəylərin verilməsi imkanının olduğu barədə mütəmadi olaraq məlumat verilib.
Baxış sayı: 55