Avropa birjalarında təbii qazın qiyməti 1600 dolları ötüb » devlet.info.az
Xəbərlər



Avropa birjalarında təbii qazın qiyməti 1600 dolları ötüb
Avropa birjalarında təbii qazın qiyməti 1600 dolları ötüb

Avropa birjalarında təbii qazın qiyməti min kubmetr üçün 1 600 dolları ötüb.

Məlumatına görə, Niderlandın TTF habında təbii qazın avqust fyuçersləri 1 606,5 dollar ətrafında alınıb-satılır.

Gün ərzində qiymətlər 6,5 faiz artıb.

Qeyd edək ki, Rusiyanın "Qazprom" şirkəti bir müddət "Şimal axını" boru xətti ilə qaz tədarükünü azaltmalı olduğunu elan etmişdi.

Xatırladaq ki, martın 7-də Avropada təbii qaz qiymətləri tarixi rekord vuraraq 3 900 dollara çatmışdı.
Baxış sayı: 23