Səbail rayonunda polis işçilərinin peşə bayramı qeyd olunub » devlet.info.az
Xəbərlər



Səbail rayonunda polis işçilərinin peşə bayramı qeyd olunub
Səbail rayonunda polis işçilərinin peşə bayramı qeyd olunub

Səbail rayonunda Polis işçilərinin peşə bayramı gününə həsr olunmuş tədbir keçirilib.

Səbail rayon İcra Hakimiyyətindən verilən xəbərə görə, tədbirdə Səbail Rayon İH başçısı Vuqar Zeynalov, Səbail Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Hikmət Qasımov, hüquq mühafizə orqanlarının rəhbər şəxsləri, RİH başçısının müavinləri, RPİ-nin əməkdaşları və polis veteranları iştirak ediblər.
Tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov ölkəmizdə Polis işçilərinin peşə bayramının qeyd olunmasının Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu, 1998-ci il 24 may tarixli Fərmanı ilə bu günün Azərbaycan Polis işçilərinin peşə bayramı kimi qeyd edildiyini nəzərə çatdırıb. RİH başçısı Azərbaycan polisinin hər zaman xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət etdiyini, asayişin, sabitliyin və əmin-amanlığın qorunması kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirdiyini bildirmişdir. Vuqar Zeynalov çıxışının sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin etimadına, diqqət və qayğılarına layiqincə cavab vermək üçün öz qüvvə və səylərinin əsirgəməyən polis işçilərini əlamətdar gün münasibətilə təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Səbail Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Hikmət Qasımov şəxsi heyəti və qonaqları salamlayaraq, Azərbaycan Polisinin yaranmasının 104-cü ildönümü münasibətilə Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazovun təbrikini şəxsi heyətə çatdıraraq bildirib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində inkişaf edən, müasir maddi-texniki bazaya, infrastruktura malik olan polis orqanları cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizə, ictimai asayişin mühafizəsi, insanların həyatının, sağlamlığının, qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi funksiyalarını peşəkarlıqla həyata keçirirlər.

Tədbirin sonunda polis orqanlarında səmərəli fəaliyyətinə görə Səbail Rayon Polis İdarəsinin bir qrup əməkdaşı Rayon İcra Hakimiyyəti başçısı tərəfindən Fəxri Fərmanlarla təltif olunub, eyni zamanda polis veteranlarına hədiyyələr təqdim edilib.

Baxış sayı: 50