Gəncədə sahibkarlarla görüş keçirildi » devlet.info.az
Xəbərlər



Gəncədə sahibkarlarla görüş keçirildi
Gəncədə sahibkarlarla görüş keçirildi

İstehlakçı hüquqlarının daha etibarlı müdafiəsini təmin etmək və sahibkarları istehlak bazarına nəzarət mexanizmlərinə dair maarifləndirmək məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlakçı müraciətlərinin təhlili əsasında regionunda fəaliyyət göstərən sahibkarlarla görüşlərin keçirilməsinə başlayıb.

Ilk görüş Dövlət Xidmətinin məsul şəxslərinin iştirakı və 12 saylı regional bölməsinin təşkilatçılığı ilə Gəncə şəhərində keçirilib.

Müzakirələr xidmət müəssisələrində istehlakçı hüquqlarının ən çox pozulduğu hallar təşkil edilib. Qeyd olunub ki, istehlakçı müraciətlərinə operativ reaksiya vermək üçün bu sahədə məsul şəxslərin və reqlamentin müəyyən olunması, çağrı mərkəzlərinin fəaliyyətində effektivliyin artırılması əsas şərtlərdəndir.

Görüşdə həmçinin, turizm mövsümünün başlaması ilə əlaqədar bu sahədə istehlakçı məmnuniyyətinin təmin edilməsi üçün dövlət standartlarının tətbiqinin vacibliyi vurğulanıb.
Baxış sayı: 49