Azərbaycanda son 4 ildə 3 böyük sosial islahat zərfi həyata keçirilib - Anar Əliyev » devlet.info.az
Xəbərlər



Azərbaycanda son 4 ildə 3 böyük sosial islahat zərfi həyata keçirilib - Anar Əliyev
Azərbaycanda son 4 ildə 3 böyük sosial islahat zərfi həyata keçirilib - Anar Əliyev

Azərbaycanda son 4 il ərzində 3 böyük sosial islahat zərfi həyata keçirilib.
Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deyib.

Onun sözlərinə görə, bu islahatlar 4 milyon vətəndaşı əhatə edib.

"Bu məqsədlər üçün dövlət büdcəsindən 6 milyard manata yaxın vəsait ayrılıb. Əmək və məşğulluq sahəsində həyata keçirilən islahatlar sosial-iqtisadi siyasətin prioritet istiqamətlərini təşkil edir. Onu deyə bilərəm ki, ölkədə minimum əməkhaqqı 2,3 dəfə artıb. Orta əməkhaqqı 50 faizdən çox artıb. 400 minə yaxın əmək müqaviləsi bildirişinin artımı var. Fəxrlə deyə bilərik ki, ölkədə əməkhaqqı fondu iki dəfədən çox artıb",- A.Əliyev deyib.
Baxış sayı: 65