Azərbaycanda palçıq vulkanı püskürüb » devlet.info.az
Xəbərlər



Azərbaycanda palçıq vulkanı püskürüb
Azərbaycanda palçıq vulkanı püskürüb

Bakının Qaradağ rayonunda vulkan püskürüb.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) məlumat verilib.

"11.08.2022-ci il tarixində yerli vaxtla 09:36-da Lökbatanda palçıq vulkanı püskürüb. Palçıq vulkanının püskürməsinin aktivləşmə dövrü 05:36, dərinliyi h-3, püskürmənin davamlılığı 5 dəq. 12 san., püskürmə zamanı ayrılan seysmik enerjisi Е=0.6×107 təyin olunub.

Vulkan Qobu, Nardaran, Qala, Qobustan, Şirvan və Qusar seysmik stansiyalarında qeydə alınıb", - deyə məlumatda qeyd olunub.

XXX
Saat 11.08

Bakının Qaradağ rayonunda vulkan püskürüb.

Vulkan püskürməsinin görüntüləri sosial şəbəkələrdə yayılıb.

Hadisə Lökbatan qəsəbəsi ərazisində qeydə alınıb.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.
Baxış sayı: 27