Binəqədidə “Narkomaniyaya qarşı birgə olaq!” adlı tədbir keçirildi » devlet.info.az
Xəbərlər



Binəqədidə “Narkomaniyaya qarşı birgə olaq!” adlı tədbir keçirildi
Binəqədidə “Narkomaniyaya qarşı birgə olaq!” adlı tədbir keçirildi

Binəqədi Rayon İcra Hakimiyyəti və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Döriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının birgə təşkilatçılığı ilə “Narkomaniyaya qarşı birgə olaq!” adlı tədbir keçirilib.

Binəqədi RİH başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyasının sədri Sevinc Süleymanova, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Döriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının Milli İnformasiya sektorunun müdiri Raqif Allahverdiyev, məktəb direktorları, psixoloqlar, müəllimlər və valideynlər iştirak edirdilər.

Tədbiri giriş nitqi ilə açan Sevinc Süleymanova bildirib ki, tədbirin keçirilməsində məqsəd narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın bu gün dünyanı narahat edən qlobal problemlərdən biri olduğunu, bu problemin insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurduğunu, sosial-iqtisadi inkişafa mənfi təsir göstərdiyini, insanların həyat və sağlamlığına ciddi təhlükə yaratdığını, cinayətkarlığın artmasına səbəb olduğunu izah etmək, gəncləri narkomaniya və psixotrop maddələrin yaratdığı problem və fəsadlar mövzusunda maarifləndirmək, onlar arasında sağlam həyat tərzini təbliğ etmək və "Ağ ölüm”ün ailə və cəmiyyət üçün yaratdığı problemləri diqqətə çatdırmaq, yeniyetmə və gəncləri narkomanlıq və digər zərərli vərdişlərdən qorumaq və gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində işləri gücləndirməkdir.

Sonda qonaqlar və təşkilatçılar tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıblar.
Baxış sayı: 17