Avropa bazarları üzrə marketinq fəaliyyətləri həyata keçiriləcək - Dövlət Turizm Agentliyi » devlet.info.az
Xəbərlər



Avropa bazarları üzrə marketinq fəaliyyətləri həyata keçiriləcək - Dövlət Turizm Agentliyi
Avropa bazarları üzrə marketinq fəaliyyətləri həyata keçiriləcək - Dövlət Turizm Agentliyi

Avropa bazarları üzrə payız və qış aylarında marketinq fəaliyyətləri həyata keçiriləcək.

Bu barədə sorğusuya cavab olaraq Dövlət Turizm Agentliyindən məlumat verilib.

Bildirilib ki, bu təbliğat tədbirlərinin bir hissəsi məhz qış mövsümü üçün müvafiq bazarlardan turistlərin cəlb edilməsinə hesablanırsa, bəziləri xüsusilə səyahətləri bir neçə ay qabaqcadan planlaşdıran Avropa turistləri üçün növbəti ilin yaz-yay ayları üçün nəzərdə tutulur. Keçirilən tədbirlərdə və iştirak edilən beynəlxalq sərgi və tədbirlərdə Azərbaycanın ümumi turizm potensialı ilə yanaşı, Azərbaycanın Şahdağ, Tufandağ və Ağbulaq kimi qış və xizək mərkəzləri qış turizm destinasiyaları da tanıdılır. Bu baxımdan Polşa, Çexiyada, Almaniya, İsveçrə və Avstriya kimi ölkələrdə məlumatlılığın artırılması, yerli və qeyd olunan ölkələrin turizm şirkətləri arasında əlaqələrin qurulması və inkişafı üçün müxtəlif tədbirlər təşkil olunacaq.

"Bundan əlavə, Avropa bazarları üzrə müxtəlif istiqamətli turizm növlərinin təbliğatı işi davam etdirilir. Məsələn, Azərbaycanın işgüzar turizm destinasiyası kimi tanıdılması məqsədilə noyabr ayında Barselonada keçiriləcək “İBTM” sərgisində ölkəmizin irimiqyaslı işgüzar tədbirlərə ev sahibliyi etmək potensialı tanıdılacaq. Bundan əlavə, sentyabr ayında İtaliyada Turin şəhərində milli kulinariya nümunələri və qastroturizm imkanlarımız tanıdılacaq. Ənənəvi olaraq hər il Londonda keçirilən “World Tourism Market” sərgisində bu il də Azərbaycanın turizm imkanlarının tanıdılması üçün iştirak planlaşdırılır", - məlumatda deyilir.
Baxış sayı: 12