Binəqədidə yüksək bal toplayan gənclərlə görüş keçirildi » devlet.info.az
Xəbərlər



Binəqədidə yüksək bal toplayan gənclərlə görüş keçirildi
Binəqədidə yüksək bal toplayan gənclərlə görüş keçirildi

Binəqədi Rayon İcra Hakimiyyətində 2021-2022-ci tədris ilinin yekunlarına və yüksək bal toplayaraq ali təhsil müəssisələrinə daxil olan gənclərlə görüşə həsr olunmuş təhsil konfransı keçirilib.

Tədbirdə Binəqədi RİH başçısı Elxan Allahverdiyev, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, RİH başçısının müavinləri, RİH Aparatının şöbə müdirləri və əməkdaşları, təhsil müəssisələrinin direktorları, tədris ili ərzində yüksək nailiyyətlər göstərərək tələbə adını qazanan gənclər və rayon ictimaiyyəti iştirak ediiblər.

Binəqədi RİH başçısının müavini Sevinc Süleymanova Binəqədi rayonunda 2021-2022-ci tədris ilin yekunları və yeni tədris ilinə hazırlıqla bağlı görülmüş işlər barədə hesabat məruzəsi ilə çıxış edib.

Binəqədi RİH başçısı Elxan Allahverdiyev çətin bilik yarışmasından qalib çıxaraq tələbə adını qazanan bütün orta məktəb məzunlarını bu böyük uğur münasibətilə ürəkdən təbrik edərək bildirib ki, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi, müasir standartlara uyğun yeni məktəb binalarının inşa edilərək istifadəyə verilməsi istiqamətində görülən işlər Azərbaycanda təhsilin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmasının bariz nümunəsidir.

Sonda ali məktəblərə qəbul zamanı yüksək bal toplayaraq tələbə adını qazanmış Vətən Müharibəsi Qəhramanı, polkovnik-leytenant Anar Şükürovun oğlu Ümid Şükürlü və H.Hüseynov adına 83 saylı məktəb-liseyin məzunu Elnur İlqar oğlu Qədirli gənclər adından çıxış edərək bildirib ki, ali təhsillərini uğurla başa vurub respublikamızın inkişafına töhfə verməyə çalışacaqalar.
Baxış sayı: 12