Səmərqənd Bəyannaməsi qəbul edildi » devlet.info.az
Xəbərlər



Səmərqənd Bəyannaməsi qəbul edildi
Səmərqənd Bəyannaməsi qəbul edildi

Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin dövlət başçılarının sammitinin yekunu olaraq Səmərqənd Bəyannaməsi qəbul edilib.

Sammitin əsas sənədi olan Səmərqənd Bəyannaməsi təşkilatın gələcək inkişafı məsələləri, qlobal və regional gündəlikdə duran aktual məsələlər üzrə ŞƏT-ə üzv dövlətlərin vahid mövqeyini əks etdirir.

Sənəddə praktiki əməkdaşlığın daha da təkmilləşdirilməsi, regional sabitliyin, təhlükəsizliyin və davamlı iqtisadi inkişafın təmin edilməsi, nəqliyyat əlaqələrinin gücləndirilməsi, eləcə də mədəni dialoqun dərinləşdirilməsinə dair birgə yanaşmalar əksini tapıb.
Baxış sayı: 10