"Bayraktar Kızılelma" PUA-sının mühərrik inteqrasiya sınağı keçirilib » devlet.info.az
Xəbərlər



"Bayraktar Kızılelma" PUA-sının mühərrik inteqrasiya sınağı keçirilib
"Bayraktar Kızılelma" PUA-sının mühərrik inteqrasiya sınağı keçirilib

Türkiyənin ilk pilotsuz döyüş aparatı olan və "Baykar" şirkəti tərəfindən hazırlanan "Bayraktar Kızılelma" PUA-sının ilk mühərrik inteqrasiya sınağı uğurla tamamlanıb.

Özdemir Bayraktar Milli Texnologiya Mərkəzində kəçirilən sınağına "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar rəhbərlik edib.

"Bayraktar Kızılelma" pilotsuz uçuş aparatı layihəsinin sınaq prosesi yer sınaqları ilə davam edəcək.

"Bayraktar Kızılelma" PUA-sının ilk uçuşunun 2023-cü ildə həyata keçirilməsi planlaşdırılır.

Ən çətin tapşırıqları uğurla yerinə yetirəcək "Bayraktar Kızıelma" PUA-sı 6 ton uçuş ağırlığına sahib olması hədəflənir.

Qeyd edək ki, bənzər sınaqlar Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyi altında həyata keçirilən "Akıncı" layihəsi çərçivəsində "Baykar" şirkəti tərəfindən milli və orijinal olaraq hazırlanan "Bayraktar Akıncı" PUA-lar üçün də keçirilib. İlk mühərrik inteqrasiya testini 1 sentyabr 2019-cu ildə tamamlayan "Akıncı" PUA-ları ilk uçuşunu 6 dekabr 2019-cu ildə uğurla həyata keçirdi. "Akıncı" ilk uçuşundan təxminən 1,5 il sonra, 29 avqust 2021-ci ildə silahlanmaya daxil oldu.
Baxış sayı: 49