"Shusha Chess 2022" şahmat turniri yüksək səviyyədə təşkil olunub - Nona Qaprindaşvili » devlet.info.az
Xəbərlər



"Shusha Chess 2022" şahmat turniri yüksək səviyyədə təşkil olunub - Nona Qaprindaşvili
"Shusha Chess 2022" şahmat turniri yüksək səviyyədə təşkil olunub - Nona Qaprindaşvili

Şuşada keçirilən beynəlxalq şahmat turniri yüksək səviyyədə təşkil olunub.

Bunu sentyabrın 21-24-də Şuşa şəhərində keçirilən "Shusha Chess 2022" beynəlxalq şahmat turnirində iştirak edən gürcü şahmatçı Nona Qaprindaşvili deyib.

"Ətrafda gözəl və yaxşı insanlar var. Şahmatçılara şərait, yaxşı münasibət lazımdır və sevindirici haldır ki, bütün bunlar burada var. Şahmat turnirləri mənim həyatımdır. Mən bütün həyatım boyu bununla məşğul olmuşam və yarışlarda iştirak edəndə şahmat mənə müsbət emosiyalar verir. Mən Azərbaycana daha çox çiçəklənmə, şahmatçılara uğurlar arzulayıram", - deyə N.Qaprindaşvili bildirib.

Qeyd edək ki, turnir Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğunun birgə təşkilatçılığı ilə baş tutub.
Baxış sayı: 31