Rayon ərazisində abadlıq-təmizlik işləri aparılmışdır » devlet.info.az
Xəbərlər

Rayon ərazisində abadlıq-təmizlik işləri aparılmışdır
Rayon ərazisində abadlıq-təmizlik işləri aparılmışdır

05 noyabr 2022-ci il tarixdə Göyçay rayon kənd inzibati ərazi dairələri, bələdiyyələr, idarə, müəssisə və təşkilatlarla birlikdə rayonun Qarabaqqal, Ərəbcəbirli və Şəhadət kəndi ərazisindən keçən respublika əhəmiyyətli avtomobil yollarının kənarında, şəhər və kəndarası yollarda abadlıq və təmizlik işləri aparılmışdır.
Belə ki, mövsümlə əlaqədar park və xiyabanlarda, şəhərin küçələrində, avtomobil yollarının kənarlarında ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilmiş və müxtəlif növ yeni ağaclar əkilmişdir.
Keçirilən təmizlik və abadlıq aksiyalarında rayonun digər idarə və təşkilatlarının kollektivləri ilə yanaşı rayon İcra Hakimiyyətinin kollektivi də iştirak edirdi.
Aksiya çərçivəsində aparılan işlərdə rayon sakinlərini də yaxından iştirak etməyə dəvət edir, təmizliyin sonrakı dövrlərdə qorunmasına öz töhfələrini verməsini xahiş edirik.

Baxış sayı: 15