Suraxanıda Zəfər Günü qeyd edildi » devlet.info.az
Xəbərlər



Suraxanıda Zəfər Günü qeyd edildi
Suraxanıda Zəfər Günü qeyd edildi

Vətən müharibəsində qazandığımız Böyük Qələbənin 2-ci ildönümü münasibətilə Suraxanı rayonunda konsert proqramı təşkil olunub.
Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət evində baş tutan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, şəhidlərimizin ailə üzvləri və qaziləmiz, Milli Məclisin deputatları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.

İlk öncə Ümummilli lider Heydər Əliyevin Suraxanı rayonunda adını daşıyan parkda ucalan abidəsi ziyarət edilib, önünə gül dəstələri düzərək xatirəsi ehtiramla anılıb.

Sonra tədbir iştirakçıları rayonun 226 və 141 saylı saylı tam orta məktəblərinin və G.Əliyeva adına 3 saylı musiqi məktəbinin şagirdlərinin və gənclərin təqdimatında təşkil olunan Zəfər gününə həsr edilmiş rəsm sərgisi, ebru və qum üzərində rəsm sənəti, xor, saz və nağara quplarının ifaları, eləcə də Hövsan qəsəbə sakini, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun doktorantı, həvəskar-kolleksioner Elnur Kazımovun təqdim etdiyi Şuşa ilə bağlı müxtəlif növ kitabların və eksponatların sərgisi ilə tanış olublar.
Daha sonra tədbir Şəhidlərimizin əziz xatirəsinin yad edildiyi və Dövlət Himnimizin səsləndirilməsi ilə başlanan konsert proqramı ilə davam edib. 44 günlük Vətən Müharibəsində Şanlı Qələbəmizin 2-ci ildönümünə həsr olunan video-çarx göstərilib, incəsənət xadimlərinin ifasında vətənpərvərlik mahnıları səsləndirilib, rəqslər nümayiş olunub.
Suraxanıda Zəfər Günü qeyd edildi
Suraxanıda Zəfər Günü qeyd edildi
Suraxanıda Zəfər Günü qeyd edildi
Suraxanıda Zəfər Günü qeyd edildi
Suraxanıda Zəfər Günü qeyd edildi
Suraxanıda Zəfər Günü qeyd edildi
Baxış sayı: 15