Füzulidə şəhidlərin xatirəsinə abidə kompleksi açıldı » devlet.info.az
Xəbərlər



Füzulidə şəhidlərin xatirəsinə abidə kompleksi açıldı
Füzulidə şəhidlərin xatirəsinə abidə kompleksi açıldı

Füzuli rayonu İkinci Mahmudlu kəndi ərazisində Əhmədbəyli, İkinci Mahmudlu və Qarabağ kəndlərinin 1-ci və 2-ci Qarabağ müharibəsi şəhidlərinin xatirələrinin əbədiləşdirilməsi məqsədi ilə tikilmiş abidə kompleksinin açılış mərasimi olub.
Abidə kompleksində 14 şəhidin şəkilləri və məlumatları yerləşdirilib. Bunlardan 10 şəhid 1-ci Qarabağ müharibəsinin, 4 şəhid isə 2-ci Qarabağ müharibəsinin şəhidləridir.

Abidə kompleksinin açılışında Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri və məktəblilər iştirak ediblər.

Alı Alıyev çıxış edərək 44 günlük Vətən müharibəsindən və şanlı qələbədən söz açıb. Rayon rəhbəri bildirib ki, şəhidlərimizin və qazilərimizin qəhrəmanlıq yolu gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir. Alı Alıyev bildirib ki, Ali Baş Komandanın İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun düşmən üzərində parlaq qələbəsi Azərbaycanın tarixinin ən şanlı səhifəsini təşkil edir.

Tədbirin davamında şəhid ailələri və qazilər çıxış ediblər.
Füzulidə şəhidlərin xatirəsinə abidə kompleksi açıldı
Füzulidə şəhidlərin xatirəsinə abidə kompleksi açıldı
Füzulidə şəhidlərin xatirəsinə abidə kompleksi açıldı
Baxış sayı: 13