9 Noyabr- “Dövlət Bayrağı Günü” münasibətilə Göyçay Bayraq Muzeyinə baxış keçirilib » devlet.info.az
Xəbərlər

9 Noyabr- “Dövlət Bayrağı Günü” münasibətilə Göyçay Bayraq Muzeyinə baxış keçirilib
9 Noyabr- “Dövlət Bayrağı Günü” münasibətilə Göyçay Bayraq Muzeyinə baxış keçirilib

9 Noyabr- “Dövlət Bayrağı Günü” münasibətilə Göyçay rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, RİH başçısı aparatının əməkdaşları, idarə, müəssisə, təşkilatların, rayonunun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov və digərləri Göyçay Bayraq Muzeyində olublar.

Bayraq Muzeyini ziyarət edən tədbir iştirakçıları muzeydə sərgilənən tariximizin müxtəlif dövrlərinə aid eksponatlar, qədim Azərbaycan dövlətlərinin bayraqları, xəritələr, konstitusiyalar, orden və medallar, poçt markaları və Silahlı Qüvvələrin qoşun növlərinin döyüş bayraqları və mərasim geyimləri ilə tanış olublar.

Qeyd edək ki, Göyçay Bayraq Muzeyi rayonun Heydər Əliyev parkında yerləşir.2017 -2018-ci illərdə muzeyin inşa olunmasına başlanılıb.Tikinti işləri 2019-cu ildə tam olaraq başa çatıb. Həmin ilin 9 noyabrında Dövlət Bayrağı günündə muzeyin açılışı olub. Açılış bayraq günündə olması ilə yanaşı həm də Göyçayda hər il keçirilən nar bayramına da təsadüf edib.Bu səbəbdən də bura gələn yerli qonaqlar həm də xarici ölkələrin turistləri muzey ilə yaxından tanış olublar.

Xatırladaq ki, Göyçay Bayraq Muzeyinin ümumi sahəsi 500 kvadratmetr təşkil edir. Bina sərgi zalından, inzibati və yardımçı otaqlardan ibarətdir. Muzeyin sərgi zalında Azərbaycan xanlıqlar dövrünün xəritəsi, orta əsrlərə aid döyüşçüləri əks etdirən manekenlər, orta əsrlərdə xanlıqların istifadə etdiyi bayraqlar, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR və müstəqillik dövrlərində qəbul edilmiş gerblər, bayraqlar, Azərbaycanın konstitusiyaları, Silahlı Qüvvələrimizin müxtəlif qoşun birləşmələrinin geyim formaları, poçt markaları, orden və medallar nümayiş olunur.

Baxış sayı: 40