Aerobika gimnastikası üzrə Bakı çempionatı yüksək səviyyədə təşkil olunub - qızıl medalçı » devlet.info.az
Xəbərlər



Aerobika gimnastikası üzrə Bakı çempionatı yüksək səviyyədə təşkil olunub - qızıl medalçı
Aerobika gimnastikası üzrə Bakı çempionatı yüksək səviyyədə təşkil olunub - qızıl medalçı

Aerobika gimnastikası üzrə Bakı çempionatı yüksək səviyyədə təşkil olunub və iştirakçı olduğuma görə şadam.

Bunu şənbə günü yeniyetmələr yaş kateqoriyasında fərdi proqramında birinci yeri qazanan gənc idmançı Məryəm Topçubaşeva deyib.

"Yeddi ildir ki, aerobika gimnastikası ilə məşğul oluram. Anam idmançıdır və onun tövsiyəsi ilə bu gimnastika növünü seçmişəm", - "Ocaq Sport" klubunun nümayəndəsi bildirib.

Gimnast yarışdakı bütün rəqiblərlə tanış olduğunu vurğulayıb.

“Biz hamımız bir-birimizi yaxşı tanıyırıq, bir-birimizi dəstəkləyirik, lakin hər bir yarışda olduğu kimi, burada da rəqabət ruhu var, hər bir idmançı öz bacarığını maksimum dərəcədə göstərməyə və mükafat qazanmağa çalışır”, - o əlavə edib.
Baxış sayı: 8